Bali Kiçik Zond adalar qrupuna aid İndoneziyanın tərkibindəki ada şəhərlərindən biridir. Adanın cənub hissəsini Hind okeanın suları və şimaldan Sakit okeanın suları yuyur. Bali adasını qərbdən Yava adasından Kiçik körfəz, Şərq hissədən isə Lomboks körfəzi ayırır.

Bali ekvatorial qurşağa düşdüyü üçün burada 4 fəsildən yalnız ikisi müşahidə olunur. İyun ayından oktyabr ayınadək hava quru, noyabr ayından mart ayınadək hava nəmişli, yanvar və fevral ayları isə yağıntılı olur. İllik orta tempratur +26°C, dəniz suyunun tempraturu isə 26°C-28°C olur.

Adanın sahəsi 5780 kvadrat kilometrdir. Bali adası qərbdən şərqə doğru yüksək vulkanik aktivliyi olan dağ silsilələri ilə əhatə olunub.
Bali əhalisinin 83,5%-i induizlər, 13,3%-i müsəlmanlardır. Çox az hissə isə xristian və buddistlərdir. Adanın mərkəzi nəqliyyat sistemi Nqurax-Ray aeroportudur.
Pure Besaki - Kilsəsini indoneziyalılar "kilsələrin anası" adlandırırlar. Pure Besaki kilsəsi özündə 19 kiçik və 3 böyük kilsəni birləşdirir.


Tirtaqanqanın su sarayı - 3 kompleksdən ibarətdir. Birinci kompleksdə bir neçə göl və su fəvvarələri var. İkinci kompleks nəhəng su hovuzlarından ibarətdir. Üçüncü kompleksdə isə bir neçə restoran və 4 qonaq otağı var.


Qit-Qit şəlaləsi - Balinin ən hündür şəlalərindən biridir. Təmiz dağ çayı 40 metr hündürlüyündəki qayalardan süzülür. Şəlalənin aşağı hissəsində su yığılır ki, burada da çimmək olar.


Qununq Batur vulkanı - 1717 metr hündürlükdə Bali adasının şimali-şərq hissəsində yerləşir. Vulkanın təpə hissəsinin diametri 13,8x10 km-dir. Təpə hissəsində göl, vulkanik konuslar və kraterlər mövcuddur.


Qununq Kavi kilsəsi - Adanın ən qədim mağara kilsələrindən biridir. Kilsə Pakrison çayının sahilində yerləşir. Kilsəyə daxil olmaq üçün təxminən 300 pilləkanla aşağı düşmək lazımdır. Kilsənin qərb hissəsində 4 barelyef və şərq hissəsində isə 5 barelyef mövcuddur.


Pura Ulun Danu kilsəsi - bu kilsə Bratan çayının sahilində yerləşir. Kilsəni əhatə edən göl "müqəddəs" sayılır. Əfsanələrə görə əgər kimsə gölün suyunda çimərsə həmin şəxs uzunmüddətli sağlam olar.


|