Cümə, 01.11.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 546
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2016 » Fevral » 6 » Kanberra
18:09
Kanberra

Kanberra Avstraliya ittifaqının paytaxtı, həmçinin ən böyük şəhərlərindən biridir. Şəhər 1908-ci ildən etibarən Avstraliya ittifaqının paytaxtı hesab edilir. Kanberranın sahəsi 814,2 kvadrat km olub, Brindabella dağ silsilərinə yaxın və Avstraliyanın şərqindən 150 km məsafədə yerləşir. Kanberra şəhəri bataqlıqlar və quru ekvalipt meşələri ilə əhatə olunub. Şəhərin mərkəz hissəsindən Molonqlo çayı, şimali-şərq hissəsindən isə Marrambidci çayı axır. Avropalıların Kanberriyə kütləvi axınından qabaq burada nqunnaval və valqal tayfaları məskunlaşmışdılar. Elə Kanberra şəhərinin mənası da qədim nqunnaval dilindən tərcümədə “bir yerə toplaşmaq üçün məkan” mənasını verir.

Kanberranın iqlimi subtropik kontinentaldır. Şəhər coğrafi enlikdə yerləşdiyinə görə burada 4 fəsli aydın müşahidə etmək olar. Kanberrada orta illik ən isti tempratur  +13,2 C yanvar ayında qeydə alınır. Orta illik ən soyuq tempatur isə -1 C iyul ayında qeydə alınır.

Kanberranın əsas nəqliyyat vasitəsi avtomobildir. Ancaq əhalinin müəyyən hissəsi işə avtobusla, piyada və velosipedlə də gedirlər. Kanberra şəhərini isə digər şəhərlərlə dəmiryol xətti birləşdirir.

Kanberranın əhalisi demək olar ki, cavanlardan təşkil olunub. Əhalinin orta yaş həddi 32 yaş və ancaq 8,3% əhalinin yaşı 65-dən yuxarıdır. Kanberranın əhalisinin əksəriyyəti ingilis dilində danışır. Həmçinin əhalinin müəyyən hissəsi çin, italyan, xorvat və yunan dillərində də danışırlar.

Kanberranın mədəniyyəti və arxitekturası çox zəngindir.

Hərbi Avstraliya memorialı – tikili Avstraliyanın ən böyük tikilərindən biridir.

Avstraliyanın milli muzeyi isə möhtəşəm arxitekturası ilə insanı valeh edir.

Avstraliyanın milli botanik bağı Blek Mauntin dağının ətəyində yerləşir.

Kanberranın milli zooparkı və akvariumu – burada müxtəlif tipli heyvan növləri saxlanılır. Burada həmçinin turistlərə heyvanları yemləmək üçün şərait də yaradılıb.

Kanberranın milli kitabxanasında isə 5 milyona yaxın müxtəlif dillərə tərcümə olunmuş kitablar var.

 

Baxışların sayı: 870 | Əlavə etdi: brendi | Teqlər: kanberra, avstraliya | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Fevral 2016  »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
29
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2024