Mexiko – Meksikanın paytaxtı olub, 16 rayondan ibarətdir. Əhalisi 8,8 milyon nəfərdir və dünyanın ispandilli böyük şəhərlərindən biridir. Meksikanın əsası 1325-ci ildə hindular – asteklər tərəfindən qoyulmuşdur. Şəhərin əsas sakinləri olan asteklərin əsas məşğuliyyəti ovçuluq və balıqçılıq idi. Qədim Mexiko bir neçə kənddən ibarət idi. Onlardan biri olan Tenostitlananın ərazisi təxminən 7,5 km2 idi.
Tenostitlana şəhəri su kanallarının əhatəsində yerləşirdi. Elə ona görə də bu kəndi birinci dəfə görən avropalılar onu “Asteklərin Venesiyası” adlandırdılar. 1512 – ci ildə Tenostitlana şəhərinin dağılması nəticəsində müasir Mexiko şəhəri salındı. Sonrakı illərdə Mexiko inkişaf edərək dünyanın müasir şəhərlərindən birinə çevrildi. Elə bunun da nəticəsi olaraq 1968-ci ildə Mexikoda XIX yay olimpiya oyunları və 1970-ci ildə isə Futbol üzrə dünya çempionatı keçirildi.
Mexiko şəhəri demək olar ki, ölkənin mərkəzi hissəsi sayılır. Şəhər 2240 m dəniz səviyyəsindən yüksəkdə yerləşir. Şəhər hər tərəfdən dağ silsilələri ilə əhatə olunub. Mexikoda bəzən güclü zəlzələlər qeyd olunur. Ən katastrofik zəlzələ 19 sentyabr 1985-ci ildə baş vermişdir. Bu zəlzələ nəticəsində 10000 insan həlak olmuşdu və 100 m-lik teleqüllə dağılmışdı. Mexiko mülayim iqlimə malikdir. Belə ki, orta illik temperatur yanvar ayı üçün +120C, iyul ayı üçün +170C – dir. İllik yağıntı norması standart normadan bir az 750 mm-dir.
Mexikoda əhalinin əksəriyyəti ispan dilində danışır. Böyük biznes strukturlarında isə ingilis dilindən istifadə olunur. Meksika əhalisinin əksəriyyəti katolikdir və bəzən kilsələrə gedirlər.
Mexikonun əsas nəqliyyat vasitələrindən biri metropolitendir. Mərkəzi stansiyalarda qatar yerin altı ilə hərəkət edir, sonra isə yerin üstünə cıxır. Gün boyu bu nəqliyyat vasitəsindən təxminən 4 milyona yaxın insan istifadə edir.
Mexikoda 100-dən çox muzey, həmçinin milli tarix muzeyləri də fəaliyyət göstərir. Şəhər demək olar ki, başdan – başa unikal tikililərdən ibarətdir. Burada həmçinin 10 arxeoloji park da mövcuddur. Şəhərin Paseo-de-la-Reforma prospektində möhtəşəm “Müstəqillik mələyi” abidəsi yerləşir.
Mexikonun mərkəzində yerləşən “Katolik kilsə” möhtəşəm görünüşü ilə göz oxşayır. XVI əsrə aid bu möhtəşəm tikili barokko üslubunda tikilmişdir.
Mexikonun tarixi abidələrindən biri olan "Mərkəzi saray" və "Ovçu Diananın fəvvarəsi" turistlərin ən çox maraqlandığı yerlərdən biridir.
|