Oslo Norveçin ən böyük şəhəri və paytaxtıdır. Şəhər Norveçin cənub-şərq hissəsində yerləşir və əhalisi təxminən 600.000-ə yaxın, sahəsi 454 kvadrat kilometrdir. Oslo həmçinin Norveçin sənaye və mədəniyyət mərkəzlərindən sayılır. Oslo Vyervika, Pipervika və Froqnera körfəzlərinin sahilində yerləşir.
İsland səyyahı Snor Sturlusonun “Yer ətrafında səyahət kitabına” əsasən təxmin temək olar ki, Oslonun əsası 1048-ci ildə III Harald tərəfindən qoyulmuşdur. Qədim Oslo iki qaladan kral sarayı və yepiskop sarayından ibarət idi. Şəhərin qala divarları içində həmçinin 9 kilsə, 1 hospital və 400-ə yaxın yaşayış evləri mövcud idi.
Oslo şəhərinin orta illik tempraturu +6,4 C-yə bərabərdir. İyul ayı üçün orta aylıq tempratur +17,2 C, yanvar ayı üçün orta aylıq tempratur isə -2,9 C-yə bərabərdir. İllik yağıtı norması isə 805 mm-dir.
Oslonun əsas nəqliyyat vasitələri tramvay xətti, metro, şəhərdaxili elektrik qatarları və avtobuslardır. Həmçinin adalara səyahət etmək üçün su nəqliyyatından da istifadə olunur.
Qədim abidələrlə zəngin olduğuna görə hər il Oslo şəhəri daha çox turist qəbul edir. Turistlərin ən çox marağına səbəb olan abidələrdən biri də Akersxus qalasıdır. Burada Norveçin hərbi tarixi ilə əlaqədar bir neçə muzey fəaliyyət göstərir.
Oslonun opera teatrı-Norveçin milli opera teatrı olub, Borvik yarımadasımda yerləşir.
Kral sarayı isə Oslonun qərbində yerləşir. Sarayın həmçinin gözəl parkı da var.
Şəhərin mərkəzində Oslo şəhər zalı yerləşir ki, bu binada hər il Dünya Nobel mükafatının təqdimetmə mərasimi keçirilir.
Müqəddəs Trois kilsəsi Oslonun mərkəzində yerləşir və 1858-ci ildə Yens Lauris yepiskopu tərəfindən əsası qoyulmuşdur.
Oslonun məşhur muzeyi olan “Vikinqlərin gəmi muzeyi” Büqde yarımadasında yerləşir.
Oslonun mərkəzində yerləşən Kafedral kilsəsi isə1694-1697-cü illərdə tikilib.
|