Petra şəhəri dünyanın ən qədim nadir incilərindən biri hesab olunur. Şəhər İordaniya ərazisində dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir. Petranın adı yunan dilindən tərcümədə “daş” mənasını verir. Qədim dövrdə burada məskunlaşan nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə şəhəri belə adlandırmışdılar. Petra şəhəri Nəbati xanlığının paytaxtı elan olunmuşdu. Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106 - cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır.

Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi. O Fars körfəzi ilə Aralıq dənizini ticarət baxımından bir-birinə birləşdirən nöqtələrdən sayılırdı. Yüz illər boyu davam edən bazar ticarəti şəhər əhalisininvarlanmasına səbəb olmuşdu. 2007-ci ildən etibarən Petra şəhəri “Dünyanın yeni 7 möcüzəsi” ndən biri sayılır.
İllik yağıntı norması Petra şəhərində çox az 15 sm-dir. Yerli əhali suyu saxlamaq üçün qayaların içində xüsusi kanallar qazıblar.
Şəhərə giriş hündürlüyü 100 metrdən böyük olan iki qayanın arasından keçir. Günəş şüaları bura düşmədiyi üçün cığır qaranlıq olur.

Petra şəhərinin sakinləri hələ qədim dövrlərdən “daş incəsənətinə” sahib idilər. Bunun ən məşhur nümunəsi kimi qaya kilsəsi “Əl-Xaznə” ni göstərmək olar. Ərəblər buranı “Fironun səltənəti” də adlandırırlar. Burada bir çox memarlıq abidələrinə istinadən güman edilir ki, kilsənin tikilməsində Misirli İskəndərin əməyi keçmişdir. Tikilinin mütəxəssislər tərəfindən bizim eranin II əsrinə aid olması təxmin edilir.

Şəhərin məşhur tikililərindən biri olan “Əd-Deyr” monastrı qayanın ən hündür zirvəsində yerləşir. Monastrın divarının eni və hündürlüyü 50 metrdir.

Monastrdan çox da uzaqda yerləşməyən “Üçmərtəbəli roma sarayı” görünüşünə görə insanı valeh edir.

Təbii ki, bütün tikililər xüsusi rituallar üçün tikilməmişdir. Belə ki, Petrada adi yaşayış evləri, həmçinin qəbirlər də tikilmişdir. Bunlardan biri bizim eranın birinci əsrində Ərəb ilahəsi Əl-Ussanın şərəfinə tikilmiş “Kəsr - Əl Bint” kilsəsidir.
|