Cümə, 01.11.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 546
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2015 » İyun » 21 » Praqa
11:25
Praqa

Praqa-Çex Respulkasının paytaxtı və ən böyük şəhərlərindən biridir. Praqa Çexiyanın şimal mərkəzində, Vltava çayının sahilində yerləşir. Şəhərin ərazisi 496 kvadrat metrdir və əhalisi 1,2 milyondan çoxdur. Praqa Avropanın ən gözəl paytaxt şəhərlərindən biridir. Şəhər başdan-başa qədim tarixi qalalarla əhatə olunub. 

Hələ 7000 il əvvəl Praqada müxtəlif millətlər yaşayırdı. Bizim eranın 6-cı əsrində bu şəhərdə slavyanlar məskunlaşmağa başlayıblar.

Praqanın iqlimi dəyişkən və mülayimdir. Tez-tez cənub küləyi əsir. Orta tempratur yanvar ayında -1,4 °C, iyulda isə +18,2 °C-dir. İllik yağıntı norması 500 mm-dir. May ayından avqust ayınadək hava yağıntılı, yanvar və fevral ayları yağıntısız keçir. 

Praqanın rəsmi dili çex dilidir. Həmçinin əhalinin əksəriyyəti alman, rus və ingilis dillərində sərbəst danışa bilirlər. Əhalinin 70%-i katolikdir.

Praqa şəhəri beynəlxalq avtomobil transportunun mərkəzi sayılır. Belə ki, Praqadan Avropanın əksər şəhərlərinə birbaşa avtobuslar işləyir. Şəhər transportuna həmçinin metropoliten və tramvay da daxildir. Praqa metropoliteni 3 xətt üzrə hərəkət edən 57 stansiyadan ibarətdir. 

Praqadakı hər bir binanın özünəməxsus arxitekturası mövcuddur. Praqada 18 möhtəşəm daşdan və dəmirdən hazırlanmış körpülər Vltava çayının sahilini birləşdirir. Karlov körpüsü orta əsrlərin memarlıq abidəsi sayılır. Körpünün uzunluğu 520 m, eni isə 9,5 metrdir. Əvvəl bu körpü "Praqa körpüsü" adlansa da 1870-ci ildən etibarən IV Karlın şərəfinə adlandırılmışdır.

Müqəddəs Vita kilsəsi Avropada qotika üslubunun ən gözəl nümunələrindən biri sayılır. Kilsədə çex kralları və praqa arxeopiskopları dəfn edilmişdir.

Vişeqrad qalası Vltava çayının sahilindəki təpədə yerləşir. Qalanın içində bir neçə kilsə, qəbiristanlıq və bir çox tarixi abidələr var.

Vaslav meydanı dünyanın ən böyük şəhər meydanlarından sayılır. Bu meydanda bir çox tarixi hadisələr keçirilib, hal-hazırda isə ənənəvi yürüşlər keçirilir.

Troy sarayı Praqada ilk yay sarayıdır. Saray 1679-1691-ci illərdə Ştrenberk qrafının şərəfinə tikilib.

 

 

 

Baxışların sayı: 723 | Əlavə etdi: brendi | Teqlər: heykəllər, qum | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  İyun 2015  »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2024