Santo-Dominqo Dominikan respublikasının paytaxtıdır. Şəhər Amerika qitəsində, Haiti adasının cənub-şərqində Karib dənizinin sahilində yerləşir. Əsası 1502-ci ildə qoyulan şəhərin ilk adı Müqəddəs Dominikanın şərəfinə Yeni İzabella adlandırılmışdı. Şəhərin ərazisi 104,44 kvadrat km-dir.
İqlimi tropik, nəmlidir. İllik orta tempratur +24 - +27 dərəcə C-dir. İllik yağıntı norması isə 1460 mm-dir.
Santo-Dominqonun əhalisinin sayı 2 milyondan çoxdur. Şəhərin 70%-i mulatlar, 10%-i zəncilər və 20%-i isə avropalılardır. Dövlət dili isə ispan dilidir. Dindarların 95%-i katoliklərdir. Santo-Dominqonun əsas nəqliyyat sistemlərindən biri 3 xəttdən ibarət şəhər metropolitendir.
Santo-Dominqo şəhərinin arxitekturasında qotika, renessans, ərəb və roman üslublarından istifadə olunub.
1507-ci ildə düşmənlərdən qorunmaq üçün yerli əhali ən hündür bina olanTorre Del de Omenaxe qalasını inşa etdilər.
Alkasar sarayı 1514-cü ildə Xristafor Kolumbun oğlu tərəfindən tikilib. Saray sıldırım qayanın üstündə Eresma və Klamores çaylarının birləşdiyi yerdə tikilib. Saraydan Santo-Dominqo şəhərini aydın görmək mümkündür.
Santa Mariya la Menor kilsəsi 1512-ci ildə ispan memar Alonso Rodriqesin layihəsi əsasında Fray Qarsiya Padilya yepiskopunun rəhbərliyi ilə tikilib. Kilsə özündə barokko və qotika üslubunun elementlərini birləşdirir. Kilsənin ümumi sahəsi 3000 kvadrat km-dir.
Kolumb mayakı isə 1986-1992-ci illərdə tikilib. Tikiliyə təxminən 70 milyon dollar sərf edilib. Mayak məşhur ispan səyyahı Xristofor Kolumbun şərəfinə tilkilib. Mayakın sonuncu mərtəbəsində 157 mayak quraşdırılıb ki, bunlar sayəsində işığı bir neçə kilometrdən görmək mümkündür.
|