Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Kateqoriya
Periferiya [2]
Proqram təminatı [2]
Komputerlər [5]
Multimedia [1]
Texnologiya [14]
Maraqlı [6]
Qadjetlər [5]
Hardware [5]
Telefonlar [2]
Kosmos [1]
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 2
Qonaqlar 2
İstifadəçi 0
Giriş forması
Əsas » Məqalələr » Proqram təminatı

İnternetdə köhnə virusların saxlanılması üçün virtual muzey açılıb

Archive.org portalı bütün dünyadan olan məlumatları toplayır və saxlayır. Portalda müxtəlif sahələrə aid elektron kitablar, rəqəmsal video və audioyazılar, klassik videooyunlar və başqa bölmələr var. Bir müddət əvvəl portalda açılmış yeni bölmədə istifadəçilər komputer virusları haqqında geniş məlumat əldə edə bilərlər.

Bu bölmədə saytın əməkdaşları 80 – 90-cı illərin viruslarını yerləşdiriblər. Hələlik bu bölmədə 79 virus faylları var. Amma kolleksiya artmaqda davam edir. Hal-hazırda muzeyin əsas işi ziyanverici proqramların hazırlanma kolleksiyasına sərf olunur. Bu ziyanverici proqramlar vasitəsilə komputer virusa yoluxduqdan sonra virusu hazırlayan şəxsə məlumat ötürülür. Bunlardan bəziləri istifadəçini şantaj, bəziləri isə istifadəçi ilə müxtəlif oyunlar oynayır. Oyunu istifadəçi uduzduğu təqdirdə komputerdəki bütün fayllar silinir. Belə viruslardan ən məşhuru QQASİNO.com-dur. Virusu hazırlayan proqramçının verdiyi bütün vədlər yalan olur. Virusun təklif etdiyi oyunu istifadəçinin udub uduzmadığından asılı olmayaraq komputerdəki bütün fayllar silinir.

İstifadəçilər üçün ən maraqlı məqam odur ki, muzeydə olan viruslar tamamilə komputer üçün təhlükəsizdir. Belə ki, portalın proqramçıları bu viruslardan “ziyanlı elementləri” çıxarıb yalnız həmin virusun vizual görünüşünü saxlayıblar.

Kateqoriya: Proqram təminatı | Əlavə etdi: brendi (28.03.2016) | Müəllif: Fərəcov Ceyhun
Baxışların sayı: 351 | Teqlər: ziyanlı proqramlar, Virus | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Axtarış
Bütün hüquqlar qorunur © 2025