"Ağıllı" ölçü aparatının adı Bageldir. Aparat bir neçə rejimdə işləyə bilir.

1-ci "String Mode" rejimində aparatın qırağındakı ip dartılır. Həmin iplə istənilən avadanlığı ölçən kimi ölçüsü aparatın displeyində əks olunur. Aparatın ipi 50 kq-a qədər yükə davam gətirə bilir.
2-ci "Whell Mode" rejimində aparatı sadəcə ölçülməsi lazım olan avadanlığın üzərində hərəkət etdirmək lazımdır.
3-cü rejimdə aparat lazer şüası və ultrasəs sensorundan istiadə edərək vertikal və horizontal qaydada ölçü apara bilir.

Bütün bu ölçüləri diktafonun köməyilə aparata yazmaq olur. Həmin yazılar da istifadəçinin smartfon telefonuna avtomatik olaraq göndərilir.

Aparatın mənfi cəhəti "String Mode" rejimində istifadə olunan ipin sadəcə 3 metr olmasıdır. İkinci mənfi cəhəti isə yalnız ölçü vahidi kimi metrdən istifadə olunur. Avadanlığın qiyməti isə 59 dollardır.
|