Klaviaturanın əsas üstün cəhətlərindən biri NKRO (No Key Rollover) rejiminin olmasıdır. Belə ki, bu rejimdə əgər istifadəçi oyun oynayarkən bir neçə klavişi eyni vaxtda basarsa, heç bir donma prosesi baş vermir.

Klaviaturanın kabelinin uzunluğu 1,55 metrdir. Həmçinin kabelin üzəri möhkəm toxunma parça ilə örtülmüşdür. Bu da kabelin uzunömürlü olmasına təminat verir.

Klaviatura komputerə USB-portu vasitəsilə qoşulur. Həmçinin audio kabellər vasitəsilə klaviaturaya qulaqcıq və səs kalonkalarını da qoşmaq mümkündür.

Klaviatura 4 rejimli qırmızı işıqla işləyir. Klaviatura 128 Kbayt yaddaşı sayəsində vacib makros və profilləri özündə saxlayır. Bu hesabla istifadəçi oyun oynayarkən saniyələrə qənaət etmiş olur. Klaviaturanın qiyməti 172 dollardır.


|