Retezar adlı ixtiraçı bu ideyanı sayyahlar üçün işləyib hazırladı. Balon sadəcə havada olan nəmliyi özünə çəkir. Bu balon səhrada belə, işləyir. Ancaq nəmliyin kondensasiya prosesində suya çevrilməsi çox vaxt aparır.

Günəş batareyaları ilə işləyən balonda nəmlik üçün kondensatorlardan istifadə edilir. Bu kondensatorlar hidrofob materialdan hazırlanmış borucuq ilə birləşib. Su hava boşluğuna düşür və dərhal su üçün rezervuara yerləşir. Balonun yuxarı hissəsində süzgəc var.

Bu süzgəc vasitəsilə su tozdan təmizlənir. Amma süzgəc havanın tərkibində olan zərərli qazları süzə bilmir. Səyyahın olduğu məkanlarda zavod yoxdursa və orada heç bir ekoloji fəlakət baş verməyibsə o zaman alınmış suyu içmək olar. Fontas balonu əlverişli şəraitdə 1 saata 0,5 litr su istehsal edə bilir. Belə ki, bu hal üçün havanın tempraturu 30-40 dərəcə C, nisbi rütubətlik 80-90% olmalıdır.

Balon ictimaiyyətə qış aylarında təqdim olunsa da satışa indi çıxarılıb. Məhsulun qiyməti 250$-dır.
|