Şirkətin yeni məhsulu olan elektrovelosiped “MIQICYCLE” adlanır. Velosipedin çəkisi 14,5 kq-dır. Velosiped 20 litium-ion akkumlyatorlar ilə təchiz olunub ki, bu da 2900 mAH gücündədir. Akkumlyatorlar çox səliqəli şəkildə velosipedin ramasında yerləşdirilib. Enerji sərfiyyatına xüsusi monitorinq sistemi nəzarət edir. Bu sistem də mobil telefonla idarə olunur.


Velosipedin monitorunda surət, məsafə, ehtiyyat akkumlyator barədə məlumat verilir. Həmçinin GPS naviqasiya sistemi hətta velosipedçinin tanımadığı yerdə yolu səhv salmağına imkan vermir.


Akkumlyator batareyaları 45 km məsafəyə qədər kifayət edir. Əgər batareyaların enerjisi qurtararsa o zaman velospiedçinin istifadəsi üçün velosipedin pedalları və 3 sürət qutusu var. Həmçinin səyahət zamanı velosipedi özünüzlə götürə bilərsiniz. Çünki velosiped kompakt yığıla bilir. Velosipedin satışda müxtəlif rəngləri var və onun qiyməti 450 dollardır.


|