Lenovo 2 yeni Moto Z və Moto Z Force smartfonlarını təqdim edib. Telefonun trubka hissəsinə səs dinamikləri, akkumlyator və həmçinin proyektor da qoşmaq mümkündür.

Moto Z smartfonunun batareyasının tutumu 2600 mA, prosessor Snapdragon820 , operativ yaddaşı 4 Gb və daxili yaddaşı isə 64 Gb-dır.
Moto Z Force smartfonunun batareyasının tutumu isə 3500 mA-dir. Telefon 15 dəqiqə tam enerji yığır və fasiləsiz 15 saat işləyə bilir.
|