Avropa cənub abservatoriyası Çili ərazisindəki səhraların birində 2024-cü ildə tikilib hazır olacaq dünyanın ən nəhəng teleskopu olan European Extremely Large Telescope-un (E-ELT) komputer görüntülərini yayıb.

E-ELT teleskopunun tikintisinə 2014-cü ildə başlanılıb. Teleskopun güzgüsünün diametri 39 metrdir. Müqayisə üçün deyək ki, “Habbl” kosmik teleskopunun güzgüsünün diametri 2,4 metr, Böyük Kanar teleskopunda isə bu göstərici 10,4 metrdir. E-ELT teleskopu bu günkü optik teleskoplardan fərqli olaraq işığı 13 dəfə çox yığır. Həmçinin bu teleskopun vasitəsilə görüntülər 16 dəfə daha dəqiq alınır. Bu teleskopun köməyilə alimlər qalaktikanı və ekzoplanetləri yaxından öyrənə biləcəklər.

Teleskopun videogörüntülərini təqdim edirik.
|