Elektron mürəkkəb-hal-hazırda smartfonlarda, saatlarda, divar panellərində və geyim aksessuarlarında istifadə olunur. Onlar praktik olaraq az enerji sərf edirlər, mətni və şəkli isə dəqiq təsvir edirlər. Amma çatışmayan bir cəhət isə rənglərdə mürəkkəb problem olaraq qalır. Ekranın rəng prototipləri isə bu texnologiyanın əsasında hazırlanıb.

24-26 may aralığında San-Fransiskoda keçirilən Display Week sərgisində E INK kompaniyası özünün yeni məhsulu olan Advanced Color ePaper ekranını nümayış etdirdi.Həmçinin sərgi iştirakçılarına dioqanalı 50,8 sm olan və 1600x2500 genişlənməsi olan rəngli ekran təqdim olunub.

Yeni məhsul heç də pis olmayan nəticə göstərdi. Belə ki, ekranda 8 rəng və onların 32 rəng çalarlarından istifadə olunub.
Çatışmayan mənfi cəhət isə ekranın animasiya və videonu göstərə bilməməsidir. Çünki ekranın yenilənməsi və təsviri üçün ona 2 saniyə lazımdır. |