Google şirkətinin qeyri-adi Loon proyektində İnternet yüksək aerostatlar şəklində paylanırdı. Hal-hazırda isə Google-X şirkətinin mühəndisləri Skybender yeni kod adlı proyekti işləyib hazırladılar. Bu proyektin əsas fiqurları Günəş batareyaları ilə işləyən avtonom dronlar olacaq ki, bunun vasitəsilə 5G internet paylanacaq.

Hələ ki, bu proyekt barədə rəsmi məlumat verilməyib. Hal-hazırda Google şirkəti Nyu Meksika ərazisində günəş batareyaları ilə işləyən dronları test edir. Siqnalın ötürülmə texnologiyasında 28 Qhs tezlikli millimertli dalğalardan istifadə edilir. Bu texnologiyanın bir çatışmayan cəhəti var ki, belə interneti çox da böyük olmayan məsafələr üçün istifadə etmək lazımdır. Ancaq bunun sürəti saniyə ərzində bir qiqabitə qədər yüksələ bilir. |