Robotlar insanlara müxtəlif sferalarda kömək edir. Elə ona görə də yüz minlərlə insan robotları hazırlayır, test edir və sonra onları sərgilərdə nümayiş etdirirlər.

Bu yaxınlarda Çinin Nimbo şəhərində 3-cü çin robotexnika sərgisi fəaliyyətə başladı. Həm də eyni vaxtda bu şəhərdə robotlar üçün xüsusi park açıldı. Parkın girişində robotlar ziyatərçiləri “Xoş gəlmisiniz” deyə qarşılayırlar.


Sərgidə təxminən 200 müxtəlif tipli robotlar nümayiş olunub. Bu robotlar sənaye, təhlükəsizlik, təhsil və başqa sahələr üçün hazırlanıb. |