Yeni pilotsuz avtobuslar Future Bus adlanır. 12 metr ölçüsü olan bu avtobus təxminən 300 at gücündədir.

Avtobusun içi müasir dizaynla hazırlanıb və bir neçə zonalara bölünüb. Avtobusun əsas üstünlüyü City Pilot rejimində işləməsidir. Bu rejimdə avtobus sərbəst hərəkət edir, maneələri, işıqforun rənglərini və yol nişanlarını avtomatik olaraq identifikasiya edir. Həmçinin bu rejim GPS naviqasiya sistemini də dəstəkləyir. City Pilot rejimində çoxsaylı kameralar mövcuddur.



Future Bus avtobusunun ilk sınağı Niderlandda 20 km-lik trassda uğurla başa çatıb. Sınaq zamanı avtopilot rejimində avtobusun sürəti 70 km/saat-a qədər qalxmışdı.

|