Mobil telefonlarda ilk əvvəllər düymə ilə nömrəni yığmaq, səsi idarə etmək və telefonun kitabçasında hər hansı şəxsi tapmaq mümkün idi. Sonrakı mərhələdə düyməni sensor əvəz etdi. Daha sonra Siri və Cortana proqramları vasitəsilə səslə telefonu işə salmaq mümkün oldu. Hal-hazırda beynəlxalq tədqiqatlar komandası smartfon və planşetlərin göz ilə idarə olunması üzərində işləyirlər. Layihənin hazırlanmasında Massaçut texnoloji institutunun, Corciya universitetinin və Maks Plank adına alman informatika institutunun mütəxəssisləri işləyir. Əsas məqsəd göz ilə idarə olunan proqram təminatının hazırlanmasıdır. Bu sistem həmçinin əlil insanlara smartfon və planşetlərdən asanlıqla istifadə etməyə imkan verəcək.

Hələ sistemin bazara çıxmağına çox var. Amma alimlər smartfonlarda göz ilə idarə ediləcək çox sadə proqram hazırlamağı qarşılarına məqsəd qoyublar. Hal-hazırda könüllü istifadəçilərin köməyilə çoxsaylı sınaqlar keçirilir. Mühəndislər insanların hər birinin müxtəlif situasiyalarda telefonlarına necə baxdığını öyrənirlər, verilənləri sənədləşdirirlər. Bu sənədlər onlara proqram təminatının ən yaxşı formada hazırlanmasına kömək edir. |