Cümə axşamı, 02.05.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Kateqoriya
Şairlər [1]
Riyaziyyatçılar [1]
Fiziklər [1]
Kimyaçılar [0]
Sərkərdələr [1]
Bioloqlar [1]
Rəssamlar [3]
İxtiraçılar [2]
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 540
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas səhifə » Görkəmli şəxsiyyətlər

Kataloqdakı materialların sayı: 10
Materiallar göstərilib: 1-10

Antoni  van Levenhuk Hollandiyanın Delft şəhərində yaşayırdı. Atası və babası kimi o da yun alveri ilə məşğul olurdu. 1654-cü ilədək Amsterdamda xəzinədar və mühasib işləmişdi.Levenhuk hər gün boş vaxtlarında yaşadığı evin arxa otağında oturub qapını bağlayırdı ki, heç kəs ona mane olmasın.

İxtiraçılar | Baxışların sayı: 929 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 02.06.2014 | Şərhlər (0)

Jukovski özü heç vaxt təyyarəçi olmamışdı. O, böyük alim, mexanika və riyaziyyat sahəsində görkəmli mütəxəssis idi. Lakin həyatının çox hissəsini insanlara uçmağı öyrətməyə sərf etmişdi.

İxtiraçılar | Baxışların sayı: 477 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 02.06.2014 | Şərhlər (0)

Sorbonna  universitetinin  tələbəsi  Mariya Sklodovskaya  ilk  dəfə Pyer Küriyə  rast  gələndə Pyer  artıq tanınmış  fizik idi. Elmə olan  həvəs onları  yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə  bir-birinin ən  yaxin məsləhətçisi  və  köməkçisi  oldular.  Onlar  taxtadan  tikilmiş  köhnə  bir  daxmada  elmi tedqiqatla meşğul  olurdular.

Fiziklər | Baxışların sayı: 468 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 02.06.2014 | Şərhlər (0)

Mikelancelo intibah dövrünün böyük italyan heykəltaraşı, memarı və şairi olmuşdur. Onun uşaqlığı Florensiyada keçmişdir. İstedadı çox erkən aşkara çıxmış, atasının etirazına baxmayaraq həyatını incəsənətə həsr etməyi qərara almışdır. 13 yaşında Mikelancelo rəssam yanında şagird olmuş, 25 yaşında isə artıq məşhurlaşmış, gözəl heykəltaraşlıq əsərləri yaratmışdı.  26 yaşında o öz üzərinə çox çətin bir iş götürmüşdü. Bir heykəltaraş hündürlüyü 5 metr olan mərmər qayadan heykəl yonmağa başlamış lakin mərməri korlayıb atmışdı.
Rəssamlar | Baxışların sayı: 1642 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 02.02.2014 | Şərhlər (0)

Nəsirəddin Tusi Həmədan şəhərində doğulmuşdur. Onun əsil adı Məhəmməd, atasının adı Məhəmməd, babasının adı Həsən, ləqəbi Nəsirəddin idi. Tusi ləqəbi isə təhsil aldığı Tus şəhərinin adındandır.  Nəsirəddin Tusi marağa rəsədxanasının banisi, dövrünün ən güclü riyaziyyatçısı və astronomlarında biri idi.
Riyaziyyatçılar | Baxışların sayı: 945 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 30.01.2014 | Şərhlər (0)

Fransa ağır günlər keçirirdi. İngilislərlə müharibə yüz il idi ki, davam edirdi. Ölkənin çox hissəsi işğalçıların əlinə keçmişdi. Daim öz aralarında çəkişən fransız cəngavərlərinin bir hissəsi geri çəkilmiş bir hissəsi isə düşmənə satılmışdı.
Sərkərdələr | Baxışların sayı: 464 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 29.01.2014 | Şərhlər (0)

Buxara, Səmərqənd, Xarəzm və Nişapurda ona Əbu Əli ibn Sina deyirdilər. Avropada isə onu Avisenna kimi tanıyırlar. O vaxtlar ən savadlı adamlar belə inanırdılar ki, Yer yastıdır və hərəkət etmir, qızılı "fəlsəfə daşı” nın köməyilə yəni yalançı kimyagərlərin uydurduqları üsul ilə əldə etmək olar, "abi həyat” (dirilik suyu) hər bir xəstəliyi sağaldır, qocaları cavanlaşdırır. Astronomiya, coğrafiya, fizika, kimya kimi elmlər isə hələ təzəcə öyrənilməyə başlanırdı. İbn Sina hələ 10 yaşında ikən cəbr, həndəsə hətta fəlsəfə barədə yaxşı təsəvvürə malik idi. Göydəki bütün ulduzları tanıyırdı və öz sualları ilə müəllimlərini çətin vəziyyətə salırdı.
Bioloqlar | Baxışların sayı: 854 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 15.01.2014 | Şərhlər (0)

Van Qoq 1853-cü il 30 mart tarixində, Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində anadan olmuşdur. 1869-1876–cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışır. 1876–cı ildə İngiltərədə müəllim işləyir. Müəyyən dövrlərdə teologiyanı öyrənmiş, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışmışdır. 1880–ci ilərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır. Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edəcək. 1880–ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, "qəmgin" mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji probləmlərə və gərginliklərə işarədir. Məsələn, rəssamın "Kartof yeyənlər" (Ottyorlo) əsərini nümunə kimi götürmək olar. 
Rəssamlar | Baxışların sayı: 596 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 21.10.2013 | Şərhlər (0)

Pablo Ruiz Pikasso ispan rəssamı, heykəltəraşı, qrafiki, keramisti və dizayneri 20-ci əsr incəsənətinin ən tanınmış şəxsiyyətlərindən biridir. Pikasso uşaqlığından gəncliyinədək realistik tərzdə rəsmlər çəkməklə əsrarəngiz incəsənət bacarığı nümayiş etdirib. XX əsrin ilk onilliyində yeni mülahizələri, texnikaları və düşüncələri ilə təcrübə apardığından onun incəsənətdə istiqaməti dəyişmişdir. Pikassonun yaradıcılıq bacarığı özünü rəssamlıq, heykəltəraşlıq və dizaynla yanaşı, digər çoxsaylı təsviri və tətbiqi-incəsənət sahələrində də göstərirdi. Pikassonun yaradıcılıqda çevriliş etmiş nailiyyətləri ona dünya şöhrəti və həyatı boyu sərhədsiz uğurlar gətirmişdir ki, bu da onu XX əsr incəsənətinin ən məşhur şəxsiyyəti edib. Pikasso rəssamlığa çox erkən yaşlarında başlamışdır. İlk rəssamlıq dərslərini isə rəsm müəllimi olan atası Xose Ruisdən almış və tezliklə bu sənətə mükəmməl yiyələnmişdir. 8 yaşında ikən özünün ilk ciddi əsəri olan "Pikador"u yaradır və bunu bütün ömrü boyu özü ilə saxlayır.
Rəssamlar | Baxışların sayı: 608 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: Teyyub | Vaxt: 14.10.2013 | Şərhlər (0)

Nizami 1141-ci ildə Gəncə şəhərində anadan olmuş, bütün ömrü boyu orada yaşayıb yaratmışdır. Türk dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilən şairin yunan dili ilə də tanış olduğu, həmçinin qədim yunan tarix və fəlsəfəsini, astronomiya, tibb və həndəsə elmlərini yaxşı mənimsədiyi əsərlərindən aydın görünür. Nizami Gəncəvi yaradıcılığa lirik şeirlərlə başlamışdır. Nizami Gəncəvi böyük divan yaratmış, qəzəl və qəsidələr müəllifi kimi şöhrətlənmişdir. Nizami Gəncəvi lirikası yüksək sənətkarlığı, məhəbbətə dünyəvi münasibəti, insan taleyi haqqında humanist düşüncələri ilə seçilir. Lakin Nizami Gəncəvi dünya ədəbiyyatı tarixinə məsnəvi formasında yazdığı 5 poemadan ibarət "Xəmsə" ("Beşlik") müəllifi kimi daxil olmuşdur. 1177-ci ildə bitirdiyi "Məxzənül-əsrar" ("Sirlər xəzinəsi") adlı ilk poeması şairə böyük şöhrət qazandırmışdır.
Şairlər | Baxışların sayı: 592 | Yükləmələrin sayı: 0 | Əlavə etdi: brendi | Vaxt: 23.09.2013 | Şərhlər (0)

Onlayn imtahanlar
Məntiq bölməsi
Axtarış
Bütün hüquqlar qorunur © 2024