Buxara, Səmərqənd, Xarəzm və Nişapurda ona Əbu Əli
ibn Sina deyirdilər. Avropada isə onu Avisenna kimi tanıyırlar. O vaxtlar ən
savadlı adamlar belə inanırdılar ki, Yer yastıdır və hərəkət etmir, qızılı "fəlsəfə
daşı” nın köməyilə yəni yalançı kimyagərlərin uydurduqları üsul ilə əldə etmək
olar, "abi həyat” (dirilik suyu) hər bir xəstəliyi sağaldır, qocaları
cavanlaşdırır. Astronomiya, coğrafiya, fizika, kimya kimi elmlər isə hələ təzəcə
öyrənilməyə başlanırdı. İbn Sina hələ 10 yaşında ikən cəbr, həndəsə hətta fəlsəfə
barədə yaxşı təsəvvürə malik idi. Göydəki bütün ulduzları tanıyırdı və öz
sualları ilə müəllimlərini çətin vəziyyətə salırdı. 12 yaşlı uşağı Buxarada qanunların ən yaxşı bilicisi
sayırdılar. Qocalar da onun yanına məsləhətə gəlirdilər. Lakın ibn Sina hesab
edirdi ki, riyaziyyat və fizika, astronomiya və fəlsəfə həyatdan uzaq elmlərdir.
Çiçək xəstəliyi və vəba hər yanı bürümüşdü, minlərlə adam bu xəstəliklərdən məhv
olurdu. İbn Sina belə qərara gəldi ki, insanları müalicə etməlidir. O zaman meyiti yarmaq qəti qadağan idi. Bu qanunu
pozanlar cəzalandırılır və sürgün edilirdilər. Odur ki, Şərqdə həkimlik edən ən
təcrübəli şəxslər belə insanın ürəyini, qaraciyərini, ağciyərini görməmişdi,
qan dövranı sistemi haqqında təsəvvürləri yox idi. İbn Sina başa düşürdü ki,
insanı kor-koranə müalicə etmək olmaz. Buna görə o, gizlincə meyitləri yararaq
insan bədəninin quruluşunu öyrənməyə başladı.
 İbn Sina
Tez bir zamanda bu gənc həkimin şöhrəti Buxaraya və
Xarəzmə yayıldı. Çoxları onun şagirdi olmaq istəyirdi. O, şagirdlərinə təkcə
insanları müalicə etməyi öyrətmirdi, onlarda insana mərhəmət hissi də tərbiyə
edirdi.
Təbabət elmində təcrübəsini eləcədə də fəlsəfə,
riyaziyyat, astronomiya və kimya sahəsində geniş biliklərini İnb Sina özünün "Müalicə
elmi kitabı", "Tibb elminin qanunu" və "Bilik
kitabı" ("Danişnamə") və bir sıra əsəsrlərində
şərh etmişdir.
İbn Sina bədii yaradıcılıqla da məşğul olmuş ərəb və
fars dillərində şerlər, fəlsəfi-alleqorik povestlər yazmışdır. Bu əsərlərində
o, insanları elm və maarifə, mənəvi-əxlaqi təmizliyə çağırırdı. İnb Sina bütün
Şərqdə, o cümlədən bütün Azərbaycanda "Loğman" adı ilə məşhur olmuş, haqqında
çoxlu rəvayətlər yazılmışdı. Azərbaycan filosofu
Bəhmənyar İbn Sinanın istedadlı tələbələrindən
olmuşdur.
|