Çərşənbə axşamı, 17.09.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Kateqoriya
Şairlər [1]
Riyaziyyatçılar [1]
Fiziklər [1]
Kimyaçılar [0]
Sərkərdələr [1]
Bioloqlar [1]
Rəssamlar [3]
İxtiraçılar [2]
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 542
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas səhifə » Materiallar » Fiziklər

Kürilər ailəsi
02.06.2014, 12:03

Sorbonna  universitetinin  tələbəsi  Mariya Sklodovskaya  ilk  dəfə Pyer Küriyə  rast  gələndə Pyer  artıq tanınmış  fizik idi. Elmə olan  həvəs onları  yaxınlaşdırdı. Sonralar onlar bir-birlərini sevdilər, evləndilər, işdə  bir-birinin ən  yaxin məsləhətçisi  və  köməkçisi  oldular.  Onlar  taxtadan  tikilmiş  köhnə  bir  daxmada  elmi tedqiqatla meşğul  olurdular. Daxmaya  şüşəli  damdan  işıq  düşürdü. Yayda bura  çox  isti olurdu, qışda  isə  paslı bacası olan  çuqun  soba otağı  güclə qızdırırdı. Lakin bu  daxmada  Pyer ilə  Mariya  çox  böyük kəşflər etmişdilər.  

Həmin  illər  fransız  fiziki Bekkerel  anlaşılmaz  şüalar aşkar  etmişdi.Bu  şüaları  bir  parça  uran duzu buraxırdı. Şüaları  gözlə  görmək olmurdu. Lakin bu uran duzunu qara  kağıza bükülmüş fotolövhənin üzərinə  qoyanda  dövrə  işıqlanırdı.Bu  qəribə şüalar Mariyanı  maraqlandırırdı. O, həmin şüaları  daha dərindən öyrənməyə  başladı. Günlər aylar keçdi, məlum  oldu  ki  bu  cür şüalar buraxan təkcə  uran  deyil."Şüa" sözü  latınca "radius" deməkdir. Buna görə də Mariya görünməyən şüalar buraxan bütün maddələri radioaktiv maddələr adlandırmağı təklif etdi. Mariyanın elmi işi Pyeri də maraqlandırırdı. Tezliklə onlar heç kəsə məlum olmayan bir elementin buraxdığı şüaları aşkar etdilər. Mariya və Pyer bu elementi Mariyanın vətəni Polşanın şərəfinə "polonium” adlandırdılar. Bir müddətdən sonra onlar yeni bir elementi-radiumu kəşf etdilər. Nəinki kəşf etdilər həmçinin özləri saf radiumun bir parçasını da ala bildilər.Bu çox çətin iş idi. Dörd ilə yaxın idi ki, onlar hər gün radiumun və poloniumun xassələrini öyrənmək üçün i.lədikləri daxmaya gəlirdilər.

                                

Bu illər ərzində Mariyanın əllərindən böyük miqdarda uran filizi keçmişdi. O, iri qablar daşıyır, mayeləri qabdan-qaba tökür, onlari saatlarla qaynar tiyanlarda ağır dəmir çubuqlarla qarışdırırdı.Onlar daxmanı hava qaralanda tərk edirdilər. Bu vaxt masaların üstündə rəflərdə olan kolbalar və sınaq şüşələri yaşılımtıl parıltı verməyə başlayırdı. Bu radioaktiv maddələrin işığı idi. Evdə isə onları başqa qayğılar gözləyirdi. İren adlı balaca bir qızları var idi.Radioaktivliyi kəşf etdiklərinə görə Pyer və Mariya Küriyə, bir də Bekkerelə Nobel mükafatı verildi. Mariya hələ o vaxt bilmirdi ki, yaxın vaxtlarda tədqiqatı təklikdə davam etdirməli olacaqdır. Pyer faytonun təkərləri altına düşüb həlak oldu. Bu böyük dərd idi. Lakin Pyer həmişə deyərdi: "Nə olursa olsun biz işimizi davam etdirməliyik”. Mariya onun bu sözlərini unutmamışdı. Yuxarıdakı şəkildə soldan sağa Mariya Sklodovskaya Küri, Pyer Küri və Antuan Anri Bekkerel təsvir olunub.

Mariya Küri Professor oldu, laboratoriyanın rəhbəri təyin edildi. Saf radium metalını əldə etdiyinə görə ikinci dəfə Nobel mükafatı aldı. Onun çoxlu şagirdləri var idi. Şagirdləri içərisində ən istedadlısı Qızı İren idi. İren də fizik idi. O əri Frederik Jolio ilə birlikdə anasının rəhbərlik etdiyi laboratoriyada işləyirdi.Pyer və Mariya radioaktiv maddələri və radioaktiv şüalanmanı öyrənirdilər. lakin onlar həmin prosesdə dəyişiklik etməyi bacarmırdılar. Bunu İrenlə Frederik etdilər. Onlar təbiətdə olmayan süni radioaktiv maddələr aldılar. Bu maddələr də görünməyən şüalar buraxırdı. Beləliklə Kürilər ailəsi üçüncü dəfə Nobel mükafatına layiq görüldü.Pyer və Mariya Kürinin gürdükləri işlər Atom fizikasının əsasını qoydu. Radioaktivliyin kəşfinə qədər güman edirdilər ki, atom bölünməzdir. Sonralar məlum oldu ki, atom nüvəsinin özü də bölünəndir. İrenin və Frederik Jolio-Kürinin tədqiqatları atom nüvəsini parçalayıb, atom enerjisi almaqda alimlərə kömək etdi.

Kateqoriya: Fiziklər | Əlavə etdi: brendi
Baxışların sayı: 486 | Yüklənmələrin sayı: 0 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Axtarış
Bütün hüquqlar qorunur © 2024