Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Kateqoriya
Şairlər [1]
Riyaziyyatçılar [1]
Fiziklər [1]
Kimyaçılar [0]
Sərkərdələr [1]
Bioloqlar [1]
Rəssamlar [3]
İxtiraçılar [2]
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas səhifə » Materiallar » İxtiraçılar

Antoni Van Levenhuk
02.06.2014, 12:24

Antoni  van Levenhuk Hollandiyanın Delft şəhərində yaşayırdı. Atası və babası kimi o da yun alveri ilə məşğul olurdu. 1654-cü ilədək Amsterdamda xəzinədar və mühasib işləmişdi.Levenhuk hər gün boş vaxtlarında yaşadığı evin arxa otağında oturub qapını bağlayırdı ki, heç kəs ona mane olmasın. Burada o, böyüdücü şüşələri-linzaları cilalayır və onların köməyilə su damlalarına, ağac parçalarına, bitkilərin yarpaqların baxırdı. Qabarıq linzanın altında gölməşədən götürülmüş şəffaf, azca yaşılımtıl bir yağış damcısında bütöv bir aləm açılırdı. Bu aləmdə külli miqdarda xırda-xırda "heyvanlar” yaşayırdı.

Onlardan bəziləri ağır-ağır hərəkət edir, bəziləri isə vintşəkilli idi. Levenhuk gördüklərinin hamısını ətraflı surətdə təsvir edir və dəqiq şəkillərini çəkirdi. Avropanın məşhur alimləri hollandiyalı yun alverçisinin məktublarını səbirsizliklə gözləyirdilər. London kral cəmiyyətinin üzvləri (İngiltərə Elmlər Akademiyası belə adlanır), dahi İsaak Nyutonun özü və məşhur fizik Robert Boyl Levenhukun məlumatlarına diqqətlə qulaq asırdılar.

                                                            

Levenhuk, insanlara hələ məlum olmayan lakin təbiətdə və insan həyatında mühüm rol oynayan böyük bir canlı aləmi mikroorqanizmləri kəşf etdi. Əvvəllər də gözlə görünməyən  və təhlükəli yoluxucu xəstəliklərə səbəb olan sadə varlıqıarın mövcudluğu altında fikirlər söyləmişdi. Lakin Levenhuk mikrobları gözlə görən lik alim idi. Bu böyük kəşfi o öz əlləri ilə düzəltdiyi linzaların köməyilə etmişdi. Levenhuka qədər linza haqqında heç bir təsəvvür yox idi. Əlbəttə bu hələ mikroskop deyildi. Bir neçə linzadan ibarət olan mürəkkəb cihazlar-mikroskoplar sonralar kəşf edilmişdi. Levenhukun "mikroskopu” isə əslində 300 dəfə böyüdə bilən çox güclü lupa idi. "Mikroskopun” köməyilə Levenhuk müəyyən etdi ki, qan yekcins maye deyil, içərisində külli miqdarda xırda hissəciklər hərəkət edən canlı axındır.

Kateqoriya: İxtiraçılar | Əlavə etdi: brendi
Baxışların sayı: 1075 | Yüklənmələrin sayı: 0 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Axtarış
Bütün hüquqlar qorunur © 2025