Jukovski özü heç vaxt təyyarəçi olmamışdı. O, böyük alim, mexanika və riyaziyyat sahəsində görkəmli mütəxəssis idi. Lakin həyatının çox hissəsini insanlara uçmağı öyrətməyə sərf etmişdi. Nikolay Yeqoroviç yay aylarını adətən Vladimir şəhəri yaxınlığındakı Orexovo kəndində keçirərdi. Bu kəndin sakinləri onu tez-tez qəribə işlərlə məşğul olan görürdülər. O, gah propellər bərkidilmiş ox atar və onun hərəkətini izlə, gah durbinlə quşların uçuçunu müşahidə edər, gah da öz kürəkinə nazik taxtalara bərkidilmiş qanad bağlayaraq çox böyük sürətlə velosiped sürərdi. Bəzən də ovda vurduğu quşların qanadlarını diqqətlə nəzərdən keçirər və uzunluğunu ölçərdi. Professoru olduğu Moskva universitetində Nikolay Yeqoroviç Jukovski böyük bir boru quraşdırıb, onun onun içindən xüsusi ventilyatorla çox güclü hava axını buraxırdı.

Nikolay Yeqoroviç Jukovski bu boruda müxtəlif təyyarə qanadlarını sınaqdan keçirirdi. Belə təcrübələrin və bir çox müşahidələrin elecədə də riyaziyyat elminin köməyilə Nikolay Yeqoroviç Jukovski başa düşmüşdü ki, insanı havaya qaldıra bilən ağır maşının qanadları necə olmalıdır. Jukovski aerodinamika elminin banisidir. Aerodinamika təyyarə qurmaq və bu təyyarələrdə uçmaq haqqında elmdir. |