Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Kateqoriya
Şairlər [1]
Riyaziyyatçılar [1]
Fiziklər [1]
Kimyaçılar [0]
Sərkərdələr [1]
Bioloqlar [1]
Rəssamlar [3]
İxtiraçılar [2]
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas səhifə » Materiallar » Rəssamlar

Mikelancelo Buonarroti
02.02.2014, 00:57

Mikelancelo intibah dövrünün böyük italyan heykəltaraşı, memarı və şairi olmuşdur. Onun uşaqlığı Florensiyada keçmişdir. İstedadı çox erkən aşkara çıxmış, atasının etirazına baxmayaraq həyatını incəsənətə həsr etməyi qərara almışdır. 13 yaşında Mikelancelo rəssam yanında şagird olmuş, 25 yaşında isə artıq məşhurlaşmış, gözəl heykəltaraşlıq əsərləri yaratmışdı. 




Mikelancelo Buonarroti

26 yaşında o öz üzərinə çox çətin bir iş götürmüşdü. Bir heykəltaraş hündürlüyü 5 metr olan mərmər qayadan heykəl yonmağa başlamış lakin mərməri korlayıb atmışdı. Ən yaxşı heykəltaraşlar belə həmin korlanmış mərmərdən heykəl düzəltməkdən imtina etmişdilər. Mikelancelo isə bu işdən çəkinmədi. Üç ildən sonra heykəl hazır oldu. Bu, əfsanəvi qəhrəman gənc Davidin heykəli idi. Heykəltaraş qəhrəmanını döyüşə hazır vəziyyətdə təsvir etmişdi. O, sol əlində sapand tutaraq (Mikelancelo solaxay olmuşdur) geniş açılmış gözləri ilə düşməninə baxır.




"David"in heykəli

Mikelancelo həm də mahir boyakar idi.  Bir dəfə o, Roma kilsələrindən birinin Sikst kapellasının tavanını rəsmlərlə bəzəmək üçün sifariş almışdı. Tavanda çəkiləcək rəsmlərin ölçüsü 600 kvadrat metrdən çox idi. Rəssam çox çətin bir şəraitdə hündür taxtabəndin üzərində arxası üstə uzanaraq məşhur "Məşhər günü” adlı rəsmini yaratmışdı.

Mikelancelo həm də görkəmli memar idi. O, dünyada ən böyük kilsə olan Müqəddəs Pyotr kilsəsinin tikintisini başa çatdırmışdı. Mikelancelonun layihəsi ilə kilsənin üzərində misilsiz günbəz ucaldılmışdır.  Rəssamın ən gözəl işlərindən biri də papa II Yulinin Romadakı məqbərəsidir. Mikelancelonun yaratdığı möhtəşəm mərmər heykəllər məqbərəni daha da gözəlləşdirir. Onların arasında iki gəncin təsviri verilmiş "Üsyankar qul", "Canverən qul" adlı fiqurlar xüsusilə fərqlənir. Gənclərdən biri bütün qüvvəsini toplayaraq əzabdan qurtarmağa can atır, o biri isə məhv olur. "İsanın meyiti üzərində ağlaşma" (Pyeta) Mikelancelonun şah əsərlərindən biridir.  

  



"İsanın meyiti üzərində ağlaşma"

Kateqoriya: Rəssamlar | Əlavə etdi: brendi
Baxışların sayı: 1867 | Yüklənmələrin sayı: 0 | Reytinq: 4.5/6
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Axtarış
Bütün hüquqlar qorunur © 2025