Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Kateqoriya
Şairlər [1]
Riyaziyyatçılar [1]
Fiziklər [1]
Kimyaçılar [0]
Sərkərdələr [1]
Bioloqlar [1]
Rəssamlar [3]
İxtiraçılar [2]
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas səhifə » Materiallar » Rəssamlar

Van Qoq
21.10.2013, 16:55
Van Qoq 1853-cü il 30 mart tarixində, Hollandiyanın Breda şəhəri yaxınlığındakı Qrut-Zundert məntəqəsində Anna Kornelia Karbet və Teodor van Qoqun ailəsində anadan olmuşdur. 1869-1876–cı illərdə Haaqa, Brüssel, London, Paris kimi şəhərlərdə rəssamlıq müəssisələrində adi satıcı vəzifəsində çalışır. 1876–cı ildə İngiltərədə müəllim işləyir. Müəyyən dövrlərdə teologiyanı öyrənmiş, Belçikanın Borinaj şəhərində dini xadim kimi çalışmışdır. 1880–ci ilərdən başlayaraq, təsviri incəsənətlə məşğul olmağa başlayır. Brüssel (1880-1881) və Antverpendə (1885-1886) rəssamlıq akademiyalarında təhsil alır, Haaqada dövrünün tanınmış rəssamı A.Mauvedən məsləhətlər alır.
 

Məhz bu məsləhətlər onun gələcək iş üslubuna təsir edəcək. 1880–ci illərdə onun əsərlərində tünd rənglərə, kəskin keçidlərə, "qəmgin" mövzulara rast gəlinir. Bu, həmin dövrdə rəssamın həyatında yaşanan dərin psixoloji probləmlərə və gərginliklərə işarədir. Məsələn, rəssamın "Kartof yeyənlər" (Ottyorlo) əsərini nümunə kimi götürmək olar. Həm mövzu, həm süjet, həm rənglər, həm də işığın işlənməsi insanda qəmgin hisslər oyadır, məyusluq təəssüratı yaradır 1888-ci ildə Van Qoq Arla gəlir. Məhz burada, o öz uslubunu tam formalaşdırır, işləmə stilini və təsvir metodlarını bütövlüklə yekunlaşdırır. Sanki, Arlda o metod axtarışlarını və üslub seçimi mərhələsini bitirib, yeni mərhələ işlərə başlayır. Arlda yaradılan əsərlər müqayisədə müəyyən "ziddiyyətlər" ortaya çıxarır. Əgər bir sıra əsərlərdə, günəşli hava, mavi səma, qızılı tarlalara rast gəlinirsə, digərlərində qaranlıq küçələr, gecə klublarını müşahidə etmək olar.
 

Bir sıra əsərlərdə iş başında zəhmətkeş insanlar, digərlərində "yüngül" pul axtarışında olanlar, səfillər, fahişələr və s. ön planda olur. Bütün bunlarla bahəm maddi problemlər onu tez-tez mənəvi sarsıntılara aparır. Van Qoqun pozğun bir qadına aşiq olması və bu sevgini ona nümayiş etdirmək üçün qulağını kəsməsi onun qəmgin mənəviyyatının göstəricisidir. Həyatının son illərində rəssamın gərgin iş rejimi, saysız maddi problemlər tez-tez stresslərə, depressiyalara, ruhi çatışmamazlıqlara gətirib çıxarırdı. Son illər Arl, Sen-Remi və Ovür–sür– Uaz kimi ruhi xəstələr üçün xəstəxanalarda keçir ki, sonuncu xəstəxanada 1890-cı il 29 iyulda həyatını özünə sui-qəst ilə bitirir. Ölüm ayağında, qardaşı Teo onun yanında olur və ondan bu sözləri eşidir: "La tristesse durera toujours" – "Qəm daim davam edəcək". Bir sıra incəsənət ekspertlərinin fikrinə görə, impressionistlərin iş prinsipini rəssamlıq texnikası (işıq, həcm, rənglər, rənglər sıxlığı, layların sayı və s.) deyil, yaşanan və müşahidəçiyə çatdırılmaq istənən hisslər təşkil edir. Van Qoq əsərlərinin təsviri üçün sözlər kifayət etmir, ən azı ona görə ki, hər bir insanın bu əsərlərin seyrindən sonra keçirdiyi hisslər müxtəlifdir. Burada hər şey insanın qavrayışından, həssaslığından, emossionallığından asılıdır. Van Qoq yaradıcıllığının şah əsərlərindən olan "Arlda gecə" əsərini seyr edən hər bir şəxs həmin küçədəki qoxunu, daşların qabarıqlığını, qəlyanaltıda əyləşən insanları, onların söhbətlərini, uzaqda görünən cütlüyü, fənər işığının istisini, ulduzları, "gecənin səsini" duyur.
Kateqoriya: Rəssamlar | Əlavə etdi: brendi
Baxışların sayı: 719 | Yüklənmələrin sayı: 0 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Axtarış
Bütün hüquqlar qorunur © 2025