Nəsirəddin
Tusi Həmədan şəhərində doğulmuşdur. Onun əsil adı Məhəmməd, atasının adı Məhəmməd,
babasının adı Həsən, ləqəbi Nəsirəddin idi. Tusi ləqəbi isə təhsil aldığı Tus şəhərinin
adındandır. Nəsirəddin Tusi marağa rəsədxanasının
banisi, dövrünün ən güclü riyaziyyatçısı və astronomlarında biri idi.
1259-cu
ildə Marağa rəsədxanası tikilib qurtarandan sonra Tusi müxtəlif ölkələrdən yüzdən
çox məşhur alimi dəvət edərək buranı böyük elm ocağına çevirmişdi. Rəsədxanada
çalışmış görkəmli alimlərin əksəriyyəti Tusinin tələbəsi olmuşdur.
Nəsirəddin Tusi
Marağa
rəsədxananası 50 il fəaliyyət göstərmişdir. Tusi buranı dövrünün ən həssas
astronomik alətləri ilə təmin etmişdi: böyük divar kvadrantı, armilyar sfera,
fırlanan kvadrant, iki sütun aləti və s. Tusi rəsədxanada əlyazmalarından ibarət
zəngin kitabxana yaratmışdı. Tusi rəsədxanada işləyərkən "Elxani cədvəlləri”,
"Kəsişmələr şəkli”, "Astrolyabiya”, "Cavahirnamə”, "Əxlaqi Nasiri” kimi mühüm
elmi əsərlər yaratmışdır. Marağa rəsədxanasında Ayın və Günəşin tutulmalarını
qabaqcadan xəbər vermək üçün xüsusi cədvəllər düzəldilmişdi. Tusinin ölümündən
sonra rəsədxanaya oğlu Sədrəddin rəhbərlik etmişdir.
Tusi
riyaziyyata dair tədqiqatlarında vahidin üç xüsusiyyətə malik olduğunu göstərir:
vahid özü də ədəddir; vahid bölünəndir; vahid miqyasdır. Paralel düz xətlər nəzəriyyəsinin
inkişafında onun çox böyük rolu olmuşdur.
Nəsirəddin
Tusinin tərbiyə, əxlaq və pedoqogikaya dair yazdığı "Əxlaqi Nasiri” əsəri Orta
və Yaxın şərq ölkələrinin məktəblərində əxlaq dərsliyi kimi şöhrət tapmışdır.
Nəsirəddin
Tusinin fəlsəfi görüşləri Azərbaycan filosofu Bəhmənyarın təsiri ilə
formalaşmışdır. O, "İbn Sinanın fəlsəfəsi və məntiqinə şərhlər”, "İlahiyyət və
metofizikaya dair risalə”, "Alicənab insanların xarakteri və keyfiyyətləri” və
başqa əsərlərində İbn Sinanın fəlsəfi görüşlərini şərh etmişdir. Nəsirəddin
Tusi materiyanın məhvedilməzliyi barədə fikirlər söyləmişdir.
|