Çərşənbə axşamı, 17.09.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Kateqoriya
Şairlər [1]
Riyaziyyatçılar [1]
Fiziklər [1]
Kimyaçılar [0]
Sərkərdələr [1]
Bioloqlar [1]
Rəssamlar [3]
İxtiraçılar [2]
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 542
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas səhifə » Materiallar » Sərkərdələr

Janna Dark
29.01.2014, 00:43

Fransa ağır günlər keçirirdi. İngilislərlə müharibə yüz il idi ki, davam edirdi. Ölkənin çox hissəsi işğalçıların əlinə keçmişdi. Daim öz aralarında çəkişən fransız cəngavərlərinin bir hissəsi geri çəkilmiş bir hissəsi isə düşmənə satılmışdı.

Doğma torpaqların talan edilməsi fransız xalqı üçün əsil fəlakət idi. Bir çoxları kimi gənc Jannanın da ürəyi bundan bərk sıxılır o, daxilən əzab çəkirdi. Vətənin belə bir ağır günündə o, başqalarına mərdlik nümunəsi oldu. O, böyük bir dəstə toplayıb, düşmən üzərinə yürüşə başladı. Dəstənin qabağında ağ atda əynində zirehli paltar geymiş, əlində Fransanın bayrağını tutmuş cəsur qız Janna irəliləyirdi.


                                                                                          Janna Dark

1429-cu ilin may ayında Jannanın dəstəsi Orlean şəhərini ingilislərdən azad etdi. Xalq onu "Orlean qızı" adlandırmağa başladı. Ölkənin hər yerindən Orlean qızının yanına silaha sarılmış kəndlilər, şəhər sənərlkarları axışıb gəlirdilər. İngilislər bir-birinin ardınca zəbt etdikləri şəhərləri tərk etməli olurdular.

Lakin fransız feodalları-baronlar, qraflar,hersoqlar çox narazı idilər, onlar üçün silahlı kəndlilər ingilislərdən də qorxulu idi. Odur ki, döyüşlərin birində Janna düşmənin əlinə keçəndə onlar bu xalq qəhrəmanını xilas etmək üçün heç bir tədbir görmədilər. İngilislər Jannanı bir il dustaq saxladılar. Nəhayət onu cadugər elan edib, 1431-ci ildə mayın 30-da kilsə məhkəməsinin hökmü ilə tonqalda yandırdılar. Ölümündən çox-çox sonra 1496-cı ildə Fransa məhkəməsi Janna Darka bəraət qazandırmışdır.

1979-cu ildən etibarən hər il may ayının ikinci bazar günü Fransada Janna Dark günü kimi qeyd edilir.  

Kateqoriya: Sərkərdələr | Əlavə etdi: brendi
Baxışların sayı: 487 | Yüklənmələrin sayı: 0 | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Axtarış
Bütün hüquqlar qorunur © 2024