Ethernet Earth(yer kürəsi)+Net(tor, şəbəkə) sözlərinin
birləşməsindəndir. Ethernet texnologiyası 1973-cü ildə Bob Metcalfe tərəfindən yaradılmışdır və DEC, İntel, Xerox firmaları(DİX
birliyi kimi tanınır) tərəfindən işlənilib hazırlanmışdır. Metkalf
əvvəl Alto Aloha Network adlanan sistemin adını 1973-cü
ildə "Ethernet" adlandırdı. Bununla o texnologiyanın sadəcə Alto
kompüterlərində deyil, bütün kompüterlərdə çalışa biləcəyini vurğulamaq istəyirdi.
Metkalf-ın texnologiyası bütün sistemlərlə məlumat bitlərini göndərə
bilirdi və bütün sistemlərnən işləyə bildiyi üçün nəticədə "Ethernet"
yaranmış oldu.
Aşağıdakı diaqram Dr. Robert M. Metcalfe tərəfindən
1976-cı ilin iyun ayında National Computer Conferance-da ethernetin yaranması
zamanında onun izah olunması üçün çəkilən ilk şəkildir. Bu şəkildə koaksial
kabelli ilk ethernet təsvir olunmuşdur. Bu texnologiya hal-hazırda istifadə
olunan UTP kabelləmədən fərqlidir. Ethernet
texnologiyası müasir şəbəkələrdə ən çox işlədilən növ olmasına səbəb onun ucuz
olmağı, məhsuldarlığı, rahat genişləndirilə bilməsidir və demək olar ki, bütün
şəbəkə istehsalçıları tərəfindən dəstəklənir. Ethernet artıq bir standart olub
və digər yerli sahə şəbəkə texnologiyalarını ona görə qiymətləndirirlər. Buna səbəb DIX
standartından sonra Ethernet, Institute of Electrical and Electronics Engineers
(IEEE)-in 802 kodlu komissiyası tərəfindən inkişaf etdirilməkdədir. IEEE 1985-ci
ildə "IEEE 802.3 Carrier Sense Multiple Access with Collision Detection
(CSMA/CD) Access Method and Physical Layer Specifications" şəklində bir
adla yeni ethernet standartını elan etdi. Bu vaxtlarda IEEE standartı
International Organization for Standardization (ISO) tərəfindən işi davam
etdirilirdi. ISO günümüzdə kompüter şəbəkələri ilə bağlı bütün standartlaşdırılma
işini aparan qurumdur. Onu da deyim ki yarandığı dövrdən ethernet-in satışı və istifadə olunma sayına oxşar heç
bir şəbəkə yox idi və hal-hazırda da yoxdur. Buna səbəb Ethernet-in ucuz başa gəlməsi
və yaratdığı CSMA/CD texnologiyası idi. Ethernet yaradılarkən 3 əsas problemi həll
etmək lazım idi:
- Göndərən və qəbul edən kompüter təyin olunması.
- Kabel vasitəsi ilə məlumatın göndərilməsi.
- Müəyyən bir anda kabeldən istifadənın təyin olunması.
Məlumatın ötürülməsi Paketlər(Frames)
formasında həyata keçirilir. Bütün kompüter şəbəkələri şəbəkə üzərindən ötürüləcək
məlumatı sabit səviyyədə kiçik paketlər halında ötürürlər. Bu formanın iki önəmli
faydası vardır. Birincisi böyük bir faylın transfer-i (ötürülməsi) zamanı bir kompüter şəbəkənin tamamını uzun
bir müddət məşğul etməmiş olur. Kompüter məlumatı paketlər halında yollayarkən,
hər paketi göndərməzdən əvvəl kabelin istifadədə olub-olmadığını kontrol edir. Əgər
kabel boşdursa paketi yollayır. Paket qarşıya çatanda, kabel təkrar şəbəkədəki bütün
kompüterlər üçün boş vəziyyətdə olur. Bir az öncəki kompüter ikinci paketi
yollamadan öncə təkrar kabeli kontrol etmək məcburiyyətindədir. Bu vaxtda digər
kompüter öz paketini yollaya bilər. Paketlər kiçik quruluşda olduğu üçün saniyələr
içində yüzlərcə fərqli kompüterlər tərəfindən yollanıb-alına bilər. Kompüterləri
istifadə edən insan üçün bu vəziyyət, şəbəkədə sanki hər kəs eyni anda məlumat
alış-verişi edir kimi görünür. Məlumat paketlər halında göndərilməsə idi, istifadəçi
50 MB-lıq bir faylı başqa kompüterə yollayarkən bəlkə 3-5 dəqiqə boyunca digər
kompüterlər şəbəkəni istifadə edə bilməyəcəklərdi. Paketli quruluşun ikinci
faydası isə budur ki, 50 MB-lıq faylı bir biti belə ötürülmə əsnasında zədələnərsə,
bu bütün faylın ən başdan təkrar göndərilməsinin qarşısını alır. Göndərilən məlumat
paketlərə bölünüb yollandığı üçün sadəcə zədələnmiş paketin təkrar yollanması kifayət
edir. Ethernet məlumat paketinin quruluşu belədir. Hər paketin tərkibində bu
dörd məlumat vardır:
- · Qəbul edənin MAC adresi
- ·
Göndərənin MAC adresi
- ·
Göndəriləcək məlumatın özü
- ·
CRC(zədə kontrol) kodu
|