Fərdi komputerlərdə məsələnin həll edilməsində istifadə olunan
proqramlar toplusu komputerin proqram təminatı adlanır. Fərdi komputerlərin tərkibi
proqram konfiqurasiyası adlanır. Proqram təminatını 3 kateqoriyaya ayırmaq
olar.
Sistem proqram təminatı -müxtəlif növ köməkçi
funksiyaları yerinə yetirir. Məs: istifadə olunan informasiyanın nüsxəsini
yaradır, komputerin qurğularının işləmə qabiliyyətini yoxlayır və s. prosedurları
yerinə yetirir.
Tətbiqi proqram təminatı:- Fərdi komputerlərdə lazımi işlərin yerinə yetirilməsini təmin
edir. Beləki, mətn sənədlərinin redaktə edilməsini, şəkillərin və təsvirlərin
hazırlanmasını, informasiya massivinin emal olunmasını və başqa prosedurları
yerinə yetirir.
İnstrumental proqram təminatı (sistem proqramlaşdırması) :- proqramlaşdırma
dilində komputer üçün yazılmış yeni proqramın emalını təmin edir. Komputerin proqram təminatının struktur sxemi aşağıdakı kimidir:
Sistem
proqram təminatı
Bu proqramlar ümumi istifadəçilidir. Fərdi
komputerlərin konkret istifadəsi ilə əlaqəli deyil və ənənəvi funksiyaları
yerinə yetirir. Məs: məsələnin planlaşdırırlması və idarə olunması, giriş-çıxış
funksiyalarının idarə olunması və s.
Sistem proqram təminatı sisteminə aşağıdakı proqramlar daxildir.
1) Əməliyyat sistemləri (bu proqram komputer işə
düşən zaman sərt diskdən operativ yaddaş qurğusuna yüklənilir.)
2) Proqram-örtükləri (komputerlə işləmək üçün
istifadəçiyə lazım olan asan proqramlar toplusudur)
3) Əməliyyat örtükəri interfeys sistemləri olub
qrafik interfeyslərin yaradılması üçün istifadə olunur. Məs:
multiproqramlaşdırma
4) Drayverlər (periferik qurğuların portların idarə
olunması üçün istifadə olunanproqramlardır. Və bu proqramlar komputer işə düşən
zaman operativ yaddaş qurğusuna yüklənilir.)
5) Utilitlər (disk və fayl sisteminin xidmətinə əsaslanan
proqramlardır)
Utilitlərə aşağıdakılar daxildir.
- Fayl dispetçeri və ya fayl meneceri
- Verilənlərin dianmik sıxılma üsulu
- Diaqnostika üsulu-komputerin konfiqurasiyasını idarə
etməyə imkan verir.
- Kommunikasiya proqramları-komputerlər arasında
informasiyanı mübadilə etmək üçün istifadə olunur.
- Komputerin təhlükəsizlik üsulu (rezerv nüsxələmə,
antivirus proqramları)
Tətbiqi proqram təminatı
Tətbiqi proqramlar avtonom rejimdə və ya proqram komplekslərinin tərkibində
istifadə olunur. Tətbiqi proqramlar fərdi komputerdə müəyyən işlərin yerinə yetirilməsi
üçün istifadə edilir. Bunlara mətn sənədlərinin redaktə edilməsi, şəkillərin
hazırlanması, elektron cədvəllərin işlənilməsi və s. misal göstərmək olar.
Tətbiqi proqramlara aşağıdakı proqramlar daxildir.
- MS Office proqram paketinə axil olan bütün
proqramlar
- Mühasib sistemləri
- Analitik maliyyə sistemləri
- CAD sistemləri (avtomatlaşdırılmış sistemlərin
layihələndirilməsi)
- HTML redaktoru ( web səhifələrin hazırlanmasında
istifadə olunan teqlər ardıcıllığı)
- Brauzerlər (web səhifəyə baxmaq üçün proqramlar)
- Qrafik redaktorlar
- Ekspert sistemləri
İnstrumental proqram təminatı
İnstrumental proqram təminatı və ya proqramlaşdırma
sistemləri proqramlaşdırma dillərində yazılmış yeni proqramların işlənilməsi
üçün avtomatlaşdırılmış sistemdir. Hər hansısa proqramlaşdırma dilində proqram
yazmaq üçün aşağıdakı komponentlərin olması vacibdir.
- Proqram kodunu yazmaq üçün mətn redaktoru
- Kompilyator vəya interpretator-çıxışa göndərilən
proqram kompilyator vasitəsilə maşın koduna çevrilir. Böyük proqramlarda çıxış
proqramı bir neçə modullardan təşkil olunur. Hər bir modul ayrıca fayl kimi
maşın koduna kompilyasiya olunur. Sonra
isə nəticə etibarilə bütün modullar çıxışda birləşir.
- Əlaqə redaktoru və ya toplayıcı modullar arasındakı
əlaqəni yerinə yetirir və çixışda sadə kod şəklində proqramı formalaşdırır. Belə
ki, hazır fayl .exe və ya .com fayl genişlənməsində olur.
Son vaxtlar proqlaşdırma sahəsində obyektyönümlü
proqramlaşdırmadan geniş istifadə olunur. Bu proqramlaşdırmada hazır vizual
komponentlərdən istifadə olunur.
|