Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2016 » Fevral » 28 » İntellektual idarəetmə sistemləri
12:29
İntellektual idarəetmə sistemləri

Müasir dövrdə informatika sahəsində aparat və informasiyanın proqramla reallaşan emalı alqoritmləri xüsusi əhəmiyyət kəsb edir.Buna misal olaraq,son on illik də geniş tətbiq sahəsi tapmış ,məhdud sayda mütəxəsislərə məlum olan neyron şəbəkələrini ,qeyri səlis məntiqi genetik alqoritmləri və bir sıra informasiya texnologiyalarını göstərmək olar.

İnformasiya sistemləri vastəsilə həll edilən obrazların klassifikasiyası,klasterləşdirmə (obrazları hər hansı əlamətə görə əvvəlcədən məlum olmayan siniflərə bölmə) , funksiyaların aproksimasiyası(eksprimental verilənlərə görə məlum olmayan qiymətləndirilməsi), proqnozlaşdırma optimallaşdırma, yaddaş idarəetmə (sistemlərin yeni vəziyyətə keçirilməsi və ya tələb olunan vəziyyətdə saxlanması ) və s məsələləri göstərmək olar. Bu məsələlərdən ən çətini və həll edilməsi zamanı qeyd  edilən başqa məsələlərin də həll edilməsi lazım olan ,idarəetmə məsələsidir.Bununla əlaqədar olaraq müasir informasiya texnologiyalarından idarəetmə nəzəriyyəsində tətbiq edilməsini qısa da olsa aydınlaşdıraq.
İdarəetmə alqoritmi dedikdə - dəqiq birmənalı qayda, təlimat , göstəriş nəyi və necə etmək lazımdır ki , yaranmış İ vəziyyətində Z* – verilmiş məqsədə necə nail olmaq başa düşülür. Başqa sözlə

I=(Xd, Yd)

Mürəkkəb sistemlərin idarəedilməsində adətən ,aşağıdaı mərhələlərə fikir verilir:

1.     İdarəetmə məqsədinin (Z*) formalaşdırılması.
2.     İdarəetmə obyektinin təyin edilməsi.
3.     İdarəetmə obyektinin riyazi modelinin təyin edilməsi (identifikasiya).
4.     İdarəetmənin sintezi (İ –idarəsi necə olmalıdır ki, Z* –obyektin idarəetmə məqsədinə nail olma qərarını qəbul edib).
5.     İdarəetmənin reallaşdırılması (İdarəetmə alqoritminin reallaşdırılması)
6.     Korreksiya edilmə

Qeyd olunan mərhələlər paralel və ya bir neçəsi reallaşa bilərlər.

Ümumiyyətlə avtomatlaşdırma dərəcəsinə görə İnformasiya sistemləri avtomatik və avtomatlaşdırılmış olurlar. Avtomatik sistemlərin içində insan faktoru yoxdur.Əksinə olaraq avtomatlaşdırılmış  sistemlərdə - operator insan iştirak edir. Qeyd olunan ənənəvi idarəetmə məsələlərin həllində keçmiş əsrin son on illiklərinə qədər tənzimləyicilərin qurulmasında  ənənəvi üsullardan , yanaşmalardan istifadə edilirdi.Məlum olan çatışmamazlıqları aradan qaldırmaq və yüksək keyfiyyətli təzimləmə  aparmaq məqsədilə son zamanlar yeni elmi istiqamətdən – intelektual sistemlərdən istifadə edilir. İntellektual İdarəetmə Sistemləri – bu "başa düşən” və İdarəetmə Obyektinə , xarici və daxili təkanlara , ətraf mühitə və iş şəraitinə nəzərən öyrətməyə imkanı olan idarə sistemidir. İntellektual sistemlərin əsas fərqi –biliklərin sistemli emalı mexanizminin olmasıdır. İntellektual sistemlərin ənənəvi  sistemlərdən əsas  arxitektur fərqi – öz funksiyalarını yerinə yetirmək üçün (reallaşdırmaq) Biliklərin qəbulu , saxlanması və emalı mexanizminin olmasıdır.  İntellektual İdarəetmə Sistemlərinin yaradılmasında əsas iki prinsipdən :
  •         Vəziyyətə görə idarəetmədən (xarici vəziyyət və ya hadisələrə görə idarəetmə).
  •         Biliklərin emalında  müasir informasiya texnologiyalarından  istifadə olunur.

Bu idarə sistemini yaratmaq üçün bir sıra müasir informasiya texnologiyalarından istifadə olunur:

  •         ekspert sistemləri
  •         süni neyron şəbəkələri.
  •         qeyri səlis məntiq.
  •         genetik alqoritmlər və s;

Qeyd etmək lazımdır ki, intellektual İdarəetmə sistemləri yaratmaq üçün bu üsullar müasir idarəetmə nəzəriyyəsi ilə birləşməlidir.  Bununla yanaşı intellektual texnologiyalar öz aralarında ən əvvəl intellektuallıq konsepsiyasının aydınlaşdırırlar.

  •         insanın formalizasiya olunmuş bilikləri ilə (ekspert sistemləri, qeyri səlis məntiq) işləmə qabliyyəti;
  •         insana məxsus olan öyrətmə və fikirləşmə (süni neyron şəbəkələri və genetik alqoritmlər) qabliyyəti;

Mühəndis kontekstində intellektual idarəetmə aşağıdakı xüsusiyyətlərə malik olmalıdır:

  •         öyrətmə və arantasiya olunma qabliyyəti ;
  •         axıcılıq (zərərlənmələrə  və nasazlıqlara qarşı dayanıqlı );
  •         yeni komponentlərin qoşulmasına imkanı
  •         insan maşın interfeys istifadəçilərinə qarşı müsbət münasibət.

İntellektual idarəetmə sistemlərinin strukturasında yuxarıda qeyd olunan informasiya texnologiyalar əsasında biliiklərin sistemli emalını yerinə yetirən əlavə bloklar olmalıdır.

Baxış: 1776 | Əlavə etdi: brendi | Teqlər: İntellektual idarəetmə sistemləri | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Fevral 2016  »
Be Ça Ç Ca C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
29
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025