Komputer texnologiyasında istifadə olunan kabel tipləri aşağıdakılardır:
Koaksial Kabel (Coaxial Cable)
- RG-8
- RG-6 (Şəbəkələrin qurulmasında istifadə olunmur)
- RG-58
Dolanmış Cüt Kabel (Twisted Pair
Cable)
- Qorunan
Örtüklü Dolanmış Cüt (Shielded Twisted Pair-STP)
- Qorunmayan
Örtüksüz Dolanmış Cüt (Unshielded Twisted Pair-UTP)
- UTP
Kabelinin Kateqoriyaları
Fiber Optik Kabel (Fiber Optic
Cable)
Koaksial və ya qısaca
"koaks" kabel, mərkəzdə ötürən sim(D), kabelin çölündə bir plastik təbəqə(C),
onun üstündə tor şəklində qoruma teli(B), ən çölündə yumşaq rezin çöl örtük(A)
olur. Koaksial kabel elektromaqnit qarışıqlığı olan mühitdə aşağı gücdə
siqnalları ötürmək üçün hazırlanmış bir kabeldir. Bütün şəbəkələrdə
informasiya radio siqnallarına çevrilir və dalğavarı sinusoid formasında digərlərinə
ötürülür. Əgər əsas mərkəzdəki simin üstü açıq olarsa o zaman informasiya göndəriləndə
getdiyi yol boyunca itkiyə məruz qala bilər. Yuxarıdakı şəkildə sim üzərində
plastik örtük olduğunu və onun da üzərində tor şəkilli qoruyucu ilə örtüldüyünü
göstərmişdim. Plastik örtük informasiya dalğalarının sabit şəkildə ötürülməsini
təmin edir. Yuxarıdakı qoruyucu rolunu oynayan tor sim maqnetik məkanlarda ötürmə
dalğalarına mane ola biləcək maqnetik dalğalardan qorumaq üçündür. Koaksial kabel çox
geniş istifadə olunmaqdadır. Əsasən səs və video siqnallarının göndərilməsində
istifadə olunur. Çox fərqli formalarda qarşınıza çıxa bilər. Ancaq kompüter şəbəkələrində
indiyə qədər istifadə olunan iki tip koaksial kabel vardır: RG-8 və RG-58. Koaksial
kabel tipləri özləri RG kodlarına sahibdir. Kabel müəyyən bir uzunluqda maqnetik
elektrik axımına qarşı dura bilir. Koaksial kabellər çöldən baxıldığında bir-birlərinə
çox bənzəyirlər, ancaq kabelə daha yaxından baxanda üzərində RG kodunu və om
gücünü görə bilərsiniz. Kompüter şəbəkələri
üçün koaksial kabelin omeqa dəyəri "50 " və ya "75" şəkilində
"om” yazılır. İndi kompüter dünyasında işlədilmiş koaksial kabel tiplərini öyrənək. RG-8
RG-8 və ya Thicknet(qalın tor)
kabel ethernetin ilk istifadə etdiyi kabel tipidir. Günümüzdə bu kabeli istifadə
edən bir şəbəkə tapmaq həqiqətən çətindir. Sonradan işlədilən kabellərdə rəng həddinin
qoyulması yox ikən bu kabellərdə rənglər əsasən sarı, portağal, qəhvə rəngi və
2.5 metrdən bir qara rəngli bantla işarə edilmiş formada istehsal edilirdi. 50Ω
dəyərində olan bu kabel adına yaraşan şəkildə qalın və müqavimətli idi.
RG-6

RG-6 75Ω kompüter şəbəkələrində heç bir zaman istifadə
olunmamışdır. Ancaq günlük həyatda çox tez-tez qarşımıza çıxır. Televizorlara
girən antena kabeli RG-6-dır. Görünüş olaraq RG-58 ilə eynidir. Kabel üzərindəki
om dəyəri 75Ω yazılıdırsa onun hansı kabel olduğunu təyin etmək olar.
RG-58
Hal-hazırda qarşılaşa biləcəyiniz tək koaksial şəbəkə kabeli
RG-58-dir. Digər adları Thinnet(incə tor) və Cheaper net(ucuz tor)-dir. 50Ω dəyərində
olan bu kabel RG-8-ə görə ucuz, istifadəsi də asandır. UTP yaranana qədər yerli
şəbəkələrdə geniş istifadə olunmuşdur.
|