Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 2
Qonaqlar 2
İstifadəçi 0
Giriş forması
Əsas » 2013 » Sentyabr » 1 » Kompüterlərin ədədi (IP) şəbəkə ünvanı
17:11
Kompüterlərin ədədi (IP) şəbəkə ünvanı

IP-ünvan  OSI modelinin 3-cü (şəbəkə) səviyyəsində istifadə edilir. O kompüter və routerlərin konfiqurasiyası zamanı şəbəkənin administratoru tərəfindən təyin edilir.  

IP-ünvan 32 bit uzunluğa malik olub, 8 bit  təşkil edən 4 hissədən ibarətdir. Bu hissələr şəbəkə texnologiyaları termini ilə oktet  (octets) adlanır və bir-birindən "." (nöqtə) ilə ayrılırlar. Hər bir hissə 0-255 intervalında qiymət ala bilər.

Nümunə

   10100000010100010000010110000011 ünvanı

 10100000.01010001.00000101.10000011 = 160.81.5.131  yazılır.

Asanlıqla hesablamaq olar ki, müxtəlif  IP ünvanlarnın sayı 4 milliarddan artıqdır:

N=232=4 294 967 296

IP-ünvan  anlayışı ilə  xost (host) termini sıx bağlıdır.  Xost təkcə şəbəkəyə qoşulmuş  kompüterlər deyil,  şəbəkənin router, hub və s. kommunikasiya avadanlıqları hesab olunur. IP ünvanlaşma sistemi İNTERNET şəbəkəsinin xüsusiyyətini nəzərə alır. Belə ki, İNTERNET ayrı-ayrı  kompüterlərin birləşməsi deyil, şəbəkələr şəbəkəsidir.   

 Hər bir  IP-ünvan  iki hissədən təşkil olunur: 

1) şəbəkənin ünvanı (şəbəkənin identifikatoru, Network ID)

2) host ünvanı (hostun identifikatoru, Host ID)

Network ID – şəbəkənin nömrəsi administrator tərəfindən ixtiyari qaydada, İNTERNET-in tərkib hissəsi kimi fəaliyyət göstərəcəkdirsə  xüsusi  NIC (Network Information Center) təşkilatının məsləhəti ilə təyin edir. Adətən İNTERNET provayderləri bu təşkilatdan ünvanlar diapazonu alıb, öz abunəçiləri arasında paylayır.

Host ID – host nömrəsi onun lokal ünvanından asıl ıolmayaraq təyin edilir. Eyni bir host  müxtəlif IP protokollu şəbəkələrə fərqli IP-ünvan ilə qoşula bilər. Beləliklə, IP ünvan ayrılıqda kompüter və routerləri deyil, bir şəbəkə birləşməsini xarakterizə edir. IP ünvanın bu cür strukturlaşdırılması sayəsində müxtəlif şəbəkəyə mənsub kompüterlər  eyni nömrə   daşıya bilər.  IP-ünvanın  şəbəkə və host hissələri arasında  bölgü yeri müxtəlif ola bilər. Adətən bölgü identifikatorda şəbəkənin nömrəsi üçün ayrılmış bitlərin sayından asılıdır.

 IP-ünvan   xosta şəbəkənin mənsub olduğu müəssisənin miqyasından və fəaliyyət növündən asılı olaraq təyin edilir. Maksimal çevikliyini    təmin etmək məqsədilə IP-ünvanlaşdırmanın sinif modeli istifadə olunur.  IP-ünvanlaşdırma prosesində  müəssisənin miqyasını və fəaliyyət növünü nəzərə almaq üçün üç sinif A, B   C tətbiq edilir. DE siniflər xüsusi xidmətlər məqsədilə istifadə olunur. IP-ünvanın birinci oktetinin yuxarı bitləri şəbəkə siniflərinin fərqləndirmək üçün istifadə edilir, qlanalar şəbəkə və host ünvanlarına ayrılır.   

    А şəbəkə sinfi

Şəbəkənin ünvanı (Network ID) hissəsi IP-ünvanın birinci okteti  ilə təyin olunur və  8 bit təşkil edir.  Ən yuxarı mərtəbə yalnız "0" qiymətinə  malikdir və şəbəkənin sinfini göstərir. Onda A sinif şəbəkələrin birinci otteki 0-127 intervalından qiymət alır.  Hər bir  A sinif şəbəkə 224  ünvan məkanına malik olan  16777214 xostu əlaqələndirə bilər. "0000000"  (0) və "1111111"  (127) nömrələri xüsusi məqsədlər üçün istifadə edildiyinə görə  1-126  intervalından qiymət alan nömrələr transmilli nəhəng şirkətlərin 16 777214 kompüterini əhatə edən şəbəkələri üçün ayrıla bilər.

   B şəbəkə sinfi

Şəbəkənin ünvanı (Network ID) hissəsi IP-ünvanın birinci iki otteki ilə təyin olunur və  16 bit təşkil edir.  B  sinif şəbəkələrin birinci oktetinin ən yuxarı iki mərtəbəsi yalnız "10" qiymətinə  malikdir və şəbəkənin sinfini göstərir. Onda  B sinif şəbəkələrin birinci okteti 128 — 191 intervalından qiymət alır.   Onda  B sinif şəbəkələrin sayı 214 =16384  olacaqdır. Hər bir  B sinif şəbəkə 65 534 xostu əlaqələndirə bilər.

 

C şəbəkə sinfi

Şəbəkənin ünvanı (Network ID) hissəsi IP-ünvanın birinci üç oktet  ilə təyin olunur və  24 bit təşkil edir.  C sinif şəbəkələrin birinci oktetinin ən yuxarı üç mərtəbəsi yalnız "110” qiymətinə  malikdir və 192 — 223 intervalından qiymət alır. Onda C sinif şəbəkələrin sayı 221 = 2097151   olacaqdır.  Bir  C sinif şəbəkə 254  sayda   xostu əlaqələndirə bilər.

D şəbəkə sinfi

Şəbəkənin ünvanı (Network ID) hissəsi IP-ünvanın birinci üç oktet  ilə təyin olunur və  24 bit təşkil edir.  D sinif şəbəkələrin birinci okteti  ən yuxarı üç mərtəbəsi yalnız "1110” qiymətinə  malikdir və 224-239  intervalından qiymət alır. Onda D sinif şəbəkələrin sayı 220 = 1048576 olacaqdır.  Bir  D sinif şəbəkə 254  sayda   xostu əlaqələndirə bilər.

E şəbəkə sinfi

Şəbəkənin ünvanı (Network ID) hissəsi IP-ünvanın birinci üç oktet  ilə təyin olunur və  24 bit təşkil edir.  E sinif şəbəkələrin birinci okteti ən yuxarı üç mərtəbəsi yalnız "11110” qiymətinə  malikdir və 240-2479  intervalından qiymət alır. Onda E sinif şəbəkələrin sayı 219 = 524288 olacaqdır.  Bir  E sinif şəbəkə 254  sayda   xostu əlaqələndirə bilər.

D və E  sinif  xüsusi məqsədlər üçün istifadə üçün nəzərdə tutulur.



Baxış: 2177 | Əlavə etdi: brendi | Reytinq: 4.7/3
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Sentyabr 2013  »
Be Ça Ç Ca C Ş B
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025