Çərşənbə, 15.05.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 540
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2016 » Aprel » 30 » Operativ yaddaş qurğusunun ( RAM - Random Access Memory ) xarakteristikaları
16:51
Operativ yaddaş qurğusunun ( RAM - Random Access Memory ) xarakteristikaları

Operativ yaddaş cəld işləyən, enerjidən asılı olan yaddaş qurğusudur. Komputer qida blokundan ayrılan kimi bütün məlumatlar RAM-dan silinir. Operativ yaddaş prosessor tərəfindən emal olunan bütün məlumatları özündə saxlayır. Bütün qurğular operativ  yaddaşla sistem şini vasitəsilə əlaqəyə girir. Operativ yaddaş qurğusunun struktur sxemi aşağıdakı kimidir.

Əksər hallarda operativ yaddaş qurğusunun zədələnməsi nəticəsində sistemdə səhvlər meydana gəlir və həmçinin bu proses digər qurğuların da stabil işləməsinə maneə olur. Operativ yaddaş qurğusu əlavə moduldur və onu sistemə əlavə etmək və dəyişdirmək mümkündür.

Əgər elektron qurğularda operativ yaddaş istifadə olunmasaydı onda bütün əməliyyatlar çox yavaş baş verərdi. O zaman hesablamalara da çox vaxt sərf olunardı.

Bir çox qurğularda isə dinamik yaddaşdan (Dynamic Random Access Memory) istifadə olunur. Bu qurğunun qiyməti aşağıdır. Amma SRAM (Static Random Access Memory) çox bahalı statik yaddaşdır. Bu qurğu prosessorun keş yaddaşında, videoçipdə və kontrollerlərdə istifadə olunur. Statik yaddaş dinamik yaddaşdan fərqli olaraq kristalda daha çox yer tutur.

Komputer və əməliyyat sistemlərinin yüksək inkişafı nəticəsində mütəxəssislər qurğunun böyük həcmini yüksək sürətindən üstün tutdular.

İlk dəfə DDR1 SDRAM –ların istehsalına 2002-ci ildə başlanıldı. Qurğunun nominal sürəti 100-400 MHs-dir. Elektrik enejisi 2,5 V və bankların sayı 4-dür.

2004-cü ildə DDR2 SDRAM-lər istehsala başladı. Onların nominal sürəti 400-800 MHs, elektrik enerjisi 1,8 V və daxili bankların sayı 4-dür.

2007-ci ildən etibarən isə DDR3 SDRAM operativ yaddaş qurğuları istehsala buraxıldı. Onun nominal sürəti 1066-2100 MHs-dir. Elektrik enerjisi 1,5 V və daxili bankların sayı 8-dir.

Hal-hazırda hələki sonuncu model olan DDR4 SDRAM operativ yaddaş qurğusunun sürəti 2133-3000 MHs-dir. Elektrik enerjisi 1,2 V və daxili bankların sayı 16-dır.

Ümumilikdə DDR SDRAM-ların ümumi görünüşünün struktur sxemi aşağıdakı kimidir.  

   

Baxış: 980 | Əlavə etdi: brendi | Teqlər: operativ yaddaş qurğusu, DDR SDRAM, Ram | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Aprel 2016  »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
252627282930
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2024