OSİ modeli kompüter şəbəkələri
sisteminin fiziki təchizatından tutmuş ta proqram təminatına kimi işləmə
prinsipini izah edir. Bir kompüterdən digərinə məlumat göndəriləndə baş verən
proseslər standartlaşdırılmış formada bütün kompüterlərdə eyni ardıcıllıqla
aparılır. OSİ modeli şəbəkəni öyrənmək üçün ən mühüm bölmələrdəndir. Buna səbəb
şəbəkələrin yaranması tarixi ilə bağlıdır. Kompüter
şəbəkələrinin ilk yarandığı vaxtlardan, fərqli firmalar özlərinə məxsus
texnologiyalarla şəbəkə sistemləri yaradır və satırdılar. Bu firmaların
istehsal etdiyi şəbəkə kartları və texnologiyası öz kartlarından başqa şəbəkə
kartlarını və texnologiyalarını tanımırdılar. Çünki hər bir firmanın özünə məxsus
proqram təminatı və quruluşu var idi. Hər firma fərdi eyni zamanda fərqli sistemlər
və sürücülər istifadə etdiyi üçün digər firmaların şəbəkələri ilə əlaqə yarada bilmirdilər.
Bu problem ümumi proqram təminatının
yazılmasında da çətinliklər yaradırdı. Əgər hər hansı bir şirkət şəbəkə
qursaydı o ancaq tək bir firmanın texnologiyasını istifadə etmək məcburiyyətində
qalırdı. Çünki digər firmaların texnologiyası artıq qurulmuş şəbəkələrini dəstəkləmirdi.
Əgər gələcəkdə şəbəkəyə əlavə etmək istəsələr o firmadan başqası bunu edə bilməzdi.
Həmin firmadan alınan mallar isə baha başa gəlirdi. Bu cür problemlərin artması
ümumi bir sistemin yaranmasına tələb yaratdı. Standartlaşdırmada
yaranan problemlərin başında proqramlaşdırma terminologiyası gəlirdi. Buna səbəb hər firmanın özünəməxsus
terminologiyasının olması idi. 1984-cü ildə International Organization of
Standardization (ISO) adında bir qurum Open System Interconnection modelini "ISO"-nu
yaratdı. ISO qurumun adının qısaltması deyil, latınca bərabər "isos"
sözündən götürülüb. Qurum bütün şəbəkələrin eyni texnologiya əsasında işləməsi
üçün çalışır. OSI Modeli dəyişilməz qanun deyil. Amma OSI modelinin standartlarında olmazsa böyük ehtimal digər şəbəkələr tərəfindən anlaşılmayacaqdır və işləməyəcəkdir.
Protokol sözünün mənası hadisənin gedişatını təsvir edən qaydalar
toplusudur. Protokollar kompüter şəbəkələrinin müəyyən qaydalar daxilində idarə
olunması üçün tənzimləyici rol oynayırlar. Kompüter
şəbəkəsi üçün protokol iki kompüter və ya aparat arasında müəyyən qaydalar
daxilində informasiya mübadiləsinin aparılmasını tənzim edir. Sadə File
Transfer Protocol (FTP) proqramı ilə məlumat göndərilən zaman arxa planda bir
çox protokol işləyir. FTP protokolu iki kompüterin iki proqramı arasında necə məlumat mübadiləsi aparılmasını müəyyənləşdirir.
Transmit Control Protocol (TCP) göndərən
sistem üzərindən yollanacaq məlumatı parçalara bölünməsi və qəbul edən sistemin üzərində təkrar birləşdirilməsi
funksiyalarını yerinə yetirir. Internet Protocol (IP) isə məlumatın fərqli yönləndiricilər üzərində doğru yolu izləyərək qarşı tərəfə çatdırılması ilə vəzifələndirilmişdir. Şəbəkə kartı və kabel protokolları məlumatın necə elektrik siqnalları
halında göndərilməsi məsələsini yerinə yetirir. Bütün protokollar və baş verən
proseslər bütünlükdə 7 əməliyyat layı formasında həyata keçirilir və OSİ
modelində cəmlənir. |