Çərşənbə, 15.05.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 540
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2016 » May » 17 » Printer. Onun növləri və işləmə prinsipləri
20:51
Printer. Onun növləri və işləmə prinsipləri

Printer komputerdə olan informasiyanı kağıza çap etmək üçün istifadə olunan qurğudur. Printerlər işləmə prinsiplərinə görə, rənglərinin miqdarına görə, mürəkkəbinin tipinə görə və materialların çapına görə bir-birindən fərqlənirlər.

1. Matris printerlər – 1964-cü ildə yapon mütəxəssislər tərəfindən hazırlanıb. Printerin iş prinsipi kağızdakı təsvirdəki çap başlıqların köməyilə hazırlanır.

Bu başlıqlar iynələrdən təşkil olunub elektromaqnit hissəciklərin hərəkəti ilə baş verir. Başlıq sıra ardıcıllığı ilə kağızları götürür və iynələr rəngləyici lentin üzərindən kağızda təsvirin izlərini hazırlayır. Müxtəlif printerlərdə başlıqlar 9,12,14,18 və 24 iynələrdən təşkil olunur. İynələrin sayı nə qədər çox olarsa, təsvir bir o qədər dəqiq alınar. Matris printerləri artıq ofislərdə istifadə olunmur. Ancaq xüsusi sahələrdə hələ də istifadə olunur.

2. Şırnaqlı printerlərdə - təsvir nöqtələr vasitəsilə çap edilir. Bu printerdə iynəli başlıqlarda eyni vaxtda həmçinin maye rənglərdən də istifadə olunur. Çap edən başlıq rənglə doldurulmuş katricdən və ya qurğunun öz üzərində hazır ola bilər. Şırnaqlı printerdə istifadə olunan mürəkkəbin aşağıdakı növləri var:

A) Su tərkibli (əksər ofis qurğularında istifadə olunur).

B) Yağlı (istehsalatda markirovka kimi istifadə olunur).

C) Piqmentli (yüksək keyfiyyətli şəkilin alınmasında istifadə olunur).

D) Solventli (reklam, plakat və stendlərin hazırlanmasında istifadə olunur).

E) Termotransferli (geyimdə şəkil və ya loqo yerləşdirmək üçün istifadə olunur).

Şırnaqlı printerdə katricdən istifadə etdikdə rəngin quruması tez-tez baş verir.

Hal-hazırda isə şırnaqlı printerlərdə fasiləsiz mürəkkəb ötürən sistemdən istifadə olunur. Çap vaxti mürəkkəb avtomatik xüsusi borucuğa düşür. Fasiləsiz mürəkkəb ötürən sistemdən istifadə etmək katricdən istifadə etməkdən daha sərfəlidir.

3.Lazer printerlər – bu texnologiya 1938-ci ildə hazırlanıb. Bu texnologiya sürətlə işləməsi, yüksək keyfiyyətinə görə digərlərindən fərqlənir.

Tonerdə olan xüsusi qatışıq barabana süzülür və qeyd olunmuş nöqtələrin üzərinə yerləşməklə şəkilin təsviri alınır. Lazer printerlər 1 dəqiqəyə 10-20 səhifə çıxarmaq mümkündür. 

4. Sublimasiyalı printerlər – poliqrafiya sahəsində geniş istifadə olunur. Bu printerlər yüksək rəng ötürücü səviyyəyə malikdirlər.

5. Barabanlı printerlər – bu printerlərdə çap etmə sürəti digərlərindən daha yüksəkdir.   

 

 

  

Baxış: 11665 | Əlavə etdi: brendi | Teqlər: Printer, işləmə prinsipləri, Onun növləri | Reytinq: 3.5/2
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  May 2016  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2024