Şənbə, 21.09.2024


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 543
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2016 » Yanvar » 26 » Proqramlaşdırma dillərinin inkişaf mərhələləri
21:51
Proqramlaşdırma dillərinin inkişaf mərhələləri

İlk dəfə proqramlaşdırma anlayışı 1945-ci ildə hazırlanmış və Con Fon Neyman ideyası ilə işləyən komputerlərdə istifadə edilməyə başladı.

I mərhələ proqramlaşdırma dili maşın kodu hesab olunur. Maşın kodu xüsusi əmrlərdən təşkil olunur ki, prosessor həmin ardıcıllığı yerinə yetirə bilsin. Proqramist öz proqramını 2-lik kodda yazmalıdır ki, prosessor həmin proqramı başa düşsün və icra etsin. Maşın kodunda proqram yazmaq üçün mütləq həmin qurğunun texniki təminatını və işləmə prinsipini bilmək lazımdır. Hal-hazırda istifadə etdiyimiz komputerlərdə də maşın kodu silinməyib və bu əməliyyat aşağı səviyyədə yenə maşın kodu şəklində icra olunur.

II nəsil proqramlaşdırma dilinə Assembleri misal göstərmək olar. Assembler dilində də bütün proses ikilik kod şəklində yerinə yetirilir. Bu  dildə istifadəçiyə təlimatlar aydın şəkildə təqdim olunur. Assembler dilində proqramın yazılması maşın kodunda proqramın yazılması ilə demək olar ki eynidir. Assembler dili və maşın kodu aşağı səviyyəli dillər hesab olunur.

III nəsil proqramlaşdırma dilləri isə yüksək səviyyəli dillər hesab olunur. Çünki bu dillərdə proqramist proqramı yazarkən, ona qurğunun işləmə prinsipi və xüsusiyyətlərini bilmək o qədər də vacib deyil. III nəsil proqramlaşdırma dillərinə aşağıdakıları misal göstərmək olar:

  1. Fortran - proqramlaşdırma dili 1950-ci ildə riyazi hesablamalar üçün hazırlanmışdır.
  2. Cobol - obyektyönümlü proqramlaşdırma dilidir. 1959-cu ildə biznes sahəsi üçün işlənib hazırlanmışdır.
  3. Basic -1963-cü ildə hazırlanan bu dil mühəndislər üçün komputerdə müxtəlif simulyasiyaları yerinə yetirmək üçün nəzərdə tutulmuşdur.
  4. Pascal -1970-cı ildə proqramlaşdırmanın inkişaf etdirilməsi üçün nəzərdə tutulmuşdur.
  5. C - proqramlaşdırma dili əməliyyat sisteminin yazılması üçün nəzərdə tutulmuşdur. Elə indiki dövrə qədər  də məşhur proqramlaşdırma dillərindən biridir.
  6. C++ - C dilinin obyektyönümlü versiyasıdır.
  7. Java - C++ dilinin bazası əsasında hazırlanmış proqramlaşdırma dilidir.

Həmçinin Visual Basic,  Delphi, Python, C# III nəsil proqramlaşdırma dillərinə aid edilir.

IV nəsil proqramlaşdırma dillərində istifadəçilərin öyrənməsi və proqramdan istifadəsi xeyli sadələşdirilib. IV nəsil proqramlaşdırma dillərinə SQL-i misal göstərmək olar. 

Baxış: 2045 | Əlavə etdi: brendi | Teqlər: proqramlaşdırma, dillər | Reytinq: 0.0/0
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Yanvar 2016  »
BeÇaÇCaCŞB
    123
45678910
11121314151617
18192021222324
25262728293031
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2024