Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Əsas » 2014 » Fevral » 17 » Unix və Linux əməliyyat sistemlərinin yaranma tarixi.
22:41
Unix və Linux əməliyyat sistemlərinin yaranma tarixi.

Linux ƏS-nin yaranması 1991-ci ilə təsadüf edir. Finlandiyalı aspirant Linus Torvalds Minix ƏS-də proqram emulyasiyasını istifadə edərkən çox məyus oldu. Torvalds qərara gəldi ki, proqram emulyasiyasının kod hissəsini elə yazsın ki, ondan istifadə edərkən heç bir ƏS-ni çağırmağa ehtiyac qalmasın. Bir neçə modifikasoyadan sonra bu cür əməliyyat sistemi yaranmağa başladı. ƏS-nin proqram kodu serverdə yazıldı və bu proyekt proqramistlərin sayəsində mükəmməl ƏS oldu. Bu proyekt həmin vaxt artıq istifadə olunan Unix ƏS-nin əksər funksiyalarını özündə birləşdirdi. Proyektin adı mütəxəssislərin adlarının baş hərflərini və sonda X hərfi ilə adlandı. Linux ƏS birbaşa bu adla adlanmadı. Əvvəlcə o, Freax adlandı (mənası-pulsuz, sərbəst). Linus Torvalds serverdə kodu yazdıqdan sonra proyekt özünün son adını və loqotipini komputer texnikası sahəsində təsdiqlədi.




ƏS-nin tarixinə nəzər salanda Linux və Unix ƏS-lərinin üzərində iş 1969-cu ildə AT&T Bell Labs kompaniyasının işçisi Ken Tomison tərəfindən aparılmışdır. Belə ki, o, MULTİKS ƏS-ni yığcam şəkildə hazırlamalı idi ancaq nəticədə tam assembler dilində yazılmış və məzəli adı olan UNİCS (Uniplexed İnformation and Computing Service-sadə informasiya və hesablama xidməti) əs-mi meydana çıxdı. Sonralar isə sistemin rahat adlandırılması üçün Unix adından istifadə olundu.

Sonda proyektə Dennis Riççi və onun komandası cəlb olundu. Unix ƏS-mi yeni nəsil komputerlər üçün nəzərdə tutulmuşdu və ona görə də ƏS-nin kod hissəsi assembler dilindən yüksək səviyyəli C dilinə çevrildi. Həmin vaxt ƏS-ləri o qədər də sadə deyildi ona görə də Unix ƏS-mi tez bir zamanda universitetlərdən başlayaraq böyük çirkətlərə qədər hər yerdə istifadə olunmağa başladı. ƏS-mi ilə birlikdə onun proqram koduda istifadəçilərin ixtiyarına verildi. Belə ki, istifadəçi ƏS-nin kodunu dəyişə və ya ora yeni kodlar əlavə edə bilərdi. Bunun nəticəsində hər bir istifadəçi özü üçün xüsusi imkanlara malik Unix ƏS-mində işləyə bilərdi. Ona görə də Unix ƏS-nin bir çox versiyaları istifadəçilər arasında yayıldı və bu versiyalar original ƏS-dən çox-çox fərqlənirdi. Bunlardan məşhuru Berkli universitetinin hazırladığı Berkeley Unix versiyası oldu. Proqramistlər sistemə əlavə yeni imkanlar və proqramlar əlavə etdilər ki, bu da ƏS-nin komputer sahəsində geniş yayılmasına şərait yaratdı.

Unix ƏS-nin geniş yayılmış versiyalarına BSD, MİNİX (holland professoru Endro Tanenbauman tərəfindən hazırlanmışdı), SCO Unix, System V (AT&T çirkətinin original versiyası), Solaris (Sun şirkətinin məhsulu), XENİX və Linux-u misal göstərmək olar. Bunlardan ən geniş yayılmış ƏS-mi təbii ki, Linux-dur.

Linux-un rəsmi versiyası 1994-cü ildə istifadəçilərə təqdim olundu. ƏS-mi bütün lazımı funksiyaları o cümlədən şəbəkə ilə işləmək imkanını özündə birləşdirirdi. 1995-ci ildə isə Linux-un birinci məhsul nömrəsi qeydiyyatdan keçdi və 1996-cı ildə Linux 2.0  versiyası çıxdı. Linux-un birinci versiyasından indiyə kimi ƏS-mi GPL-in lisenziyası ilə (General Public License-standart ümumi lisenziya)  sərbəst proqram təminatı ilə yayılıb. Hər bir istifadəçi ƏS-nin proqram koduna daxil olub, ora yeni kod əlavə edə bilər və ya istədiyi proqram kodunu dəyişə bilər. Hal-hazırda Linux ƏS-mi cib komputerlərində, mobil telefonlarda, fərdi komputerlərdə, serverlərdə, super komputerlərdə hətta musiqi alətlərində də istifadə olunur.  

Baxış: 1285 | Əlavə etdi: brendi | Reytinq: 5.0/1
Bütün şərhlər: 0
dth="100%" cellspacing="1" cellpadding="2" class="commTable">
Ad *:
E-mail:
Kod*:
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Fevral 2014  »
Be Ça Ç Ca C Ş B
     12
3456789
10111213141516
17181920212223
2425262728
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025