1) Adlar ( identifikatorlar) – proqramın obyektləri kimi istifadə olunur (dəyişənlər, massivlər, funksiya və s.) 2) Əməliyyatlar: Əməliyyatların tipi 2.1 riyazi əməliyyatlar: +, -, *, / və s. 2.2 məntiqi əməliyyatlar: və, və ya, yox 2.3 müqayisə əməliyyatları: <, >, <=, =>, =, <> 3) Verilənlər – proqram tərəfindən emal olunan ifadələrdir. Verilənlərin 3 əsas tipi var: sabitlər (konstantalar), dəyişənlər və massivlər 3.1 sabitlər- proqramın əvvəlində verilir və proqramın icrası zamanı dəyişdirilə bilməz. a) ədəd – 7,5; 12 b) ... Ardını oxu |
Alqoritmin 3 növü var. 1. Xətti alqoritm 2. Budaqlanan alqoritm 3. Dövri alqoritm Xətti alqoritmdə bloklar ardıcıl şəkildə yerinə yetirilir.
Budaqlanan alqoritmlərdə şərt operatorundan istifadə olunur.
Dövri alqoritmlərdə şərt blokundan və sayğacdan istifadə olunur. ... Ardını oxu |
“Alqoritm” sözü ərəb riyaziyyatçısı Əl-Xarəzmin adı ilə bağlıdır. Əl-Xarəzm 800-cü ildə Qədim Şərqin ən böyük elm ocaqlarından biri olan Bağdadda doğulub. 847-ci ildə isə həmin şəhərdə vəfat edib. Əl-Xarəzm ilk dəfə hind mövqeli say sistemində sıfırdan istifadə edərək müxtəlif ədədlər üzərində 4 riyazi qaydanı formalaşdırır. Əvvəllər alqortim bu qayda ilə hesablanırdı. Ancaq vaxt keçdikcə alqortim anlayışı daha geniş şəkildə istifadə edilməyə başladı. Alqoritm verilmiş məsələnin həll ardıcıllığıdır. Alqoritmin aşağıdakı xassələri var: Xassə1-Diskretlik: Bu xassədə alqoritm bir proseduru yerinə yetirdikdən sonra digər prosedura keçə bilər. Xassə2-Dəqiqlik: Alqoritmin yazılışında hər bir prosedur dəqiq göstərilməlidir ki, növbəti addımda hansı əmrin icra olunduğu bilinsin. Xassə3-Aydın formalılıq: Alqoritm hər bir kəsin başa düşüləs ... Ardını oxu |
2-lik, 8-lik və 16-lıq say sistemlərindən 10-luq say sisteminə keçid Hesablama prosedurları say sistemlərində eyni qayda ilə hesablanır. İkilik say sistemində olan ədədin üstündəki nömrələnmə sıfırdan başlayaraq sağdan sola doğru yerinə yetirilir. Sonra mövqedə dayanan ədəd keçilən say sisteminin ədədinə vurulur. Üstündəki nömrə isə keçilən say sistemindəki ədədin qüvvəti kimi göstərilir.
İkilik say sistemindən 8-lik və 16-lıq say sistemlərinə keçid Yuxarıdakı qrafikdən istifadə edərək keçidi yerinə yetirmək olar. 8 ikinin üstü 3 olduğundan sağdan sola başlayaraq ikilik say sistemindəki ədədləri dairələmək lazımdır. Sonda isə ədəd çatışmayan yerə isə 0 yazmaq lazı ... Ardını oxu |
Say sistemlərində riyazi əməliyyatlar bütün say sistemləri üçün eyni qayda ilə yerinə yetirilir. Bu məqalədə ikilik, səkkizlik, onaltılıq say sistemləri üzərində toplama və çıxma əməliyyatlarına baxılacaq. Toplama qaydası İkilik say sistemi
Şəkildə üstündə nöqtə qoyulan dərəcələrə artım əlavə olunur. Bu say sistemində cavab 2-dən böyük olduğu halda özündən əvvəlki dərəcənin üzərinə 1 əlavə olunur. Sıfır dərəcədə: 1+0=0 Birinci dərəcədə: 1+1=2. Alınmış artım 2 özündən əvvəlki dərəcəyə köçürülür. Birinci dərəcədə 2-2=0 qalır. < ... Ardını oxu |
İnsanlar onluq say sistemində işləməyə öyrəniblər. Ancaq elektron hesablama maşınları (EHM) ikilik say sistemində işləyir. Həmçinin komputer texnologiyasında 10-luq və 2-lik say sistemləri ilə yanaşı, 8-lik və 16-lıq say sistemlərindən də istifadə olunur. Say sistemlərində istifadə olunan rəqəmlər və simvollar aşağıdakı cədvəldə göstərilib.
Onluq say sistemindən ikilik say sisteminə keçid 10-luq say sistemindəki ədədi 2-lik say sisteminə çevirmək üçün onu 2-yə bölmək lazımdır. Qalıqda 0 və ya 1 alınana qədər proseduru davam etdirmək lazımdır. Alınmış qalıqları aşağıdan yuxarıya ardıcıllıqla yazmaq lazımdır. Aşağıdakı misalda 11 ədədinin ikilik say sisteminə keçidi göstərilmişdir. ... Ardını oxu |
Printer komputerdə olan informasiyanı kağıza çap etmək üçün istifadə olunan qurğudur. Printerlər işləmə prinsiplərinə görə, rənglərinin miqdarına görə, mürəkkəbinin tipinə görə və materialların çapına görə bir-birindən fərqlənirlər. 1. Matris printerlər – 1964-cü ildə yapon mütəxəssislər tərəfindən hazırlanıb. Printerin iş prinsipi kağızdakı təsvirdəki çap başlıqların köməyilə hazırlanır. Bu başlıqlar iynələrdən təşkil olunub elektromaqnit hissəciklərin hərəkəti ilə baş verir. Başlıq sıra ardıcıllığı ilə kağızları götürür və iynələr rəngləyici lentin üzərindən kağızda təsvirin izlərini hazırlayır. Müxtəlif printerlərdə başlıqlar 9,12,14,18 və 24 iynələrdən təşkil olunur. İynələrin sayı nə qədər çox olarsa, təsvir bir o qədər dəqiq alınar. Matris printerləri artıq ofislərdə istifadə olunmur. Ancaq xüsusi sahələrdə hələ də istifadə olunur. ... Ardını oxu |
Joomla pulsuz web saytın hazırlanması üçün bir sistemdir. Bu sistemdə cari kodlar açıq şəkildə olduğundan proyekt hər gün inkişaf etməkdədir. Sistemin hal-hazırda bütün dünyada milyondan çox istifadəçisi var. “Joomla” sözünün afrika dilindən tərcüməsi “hər şey bir yerdə” mənasını verir. Joomla proyekti Mambo Foundation kompaniyası ilə uzun sürən danışıqlardan sonra 2005-ci ilin avqustunda istifadəyə verildi. Joomlanın bir çox versiyaları mövcuddur. Əgər istifadəçi ilkin web sayt hazırlamaq istəyirsə o zaman Joomla 3.0 versiyasından başlamalıdır.
Joomlanın müsbət cəhətləri aşağıdakılardır. 1. Joomlada saytın hazırlanmasına təxminən 10 dəqiqə vaxt sərf olunur. 2. Saytın hazırlanma prosesi isə ç ... Ardını oxu |
Operativ yaddaş cəld işləyən, enerjidən asılı olan yaddaş qurğusudur. Komputer qida blokundan ayrılan kimi bütün məlumatlar RAM-dan silinir. Operativ yaddaş prosessor tərəfindən emal olunan bütün məlumatları özündə saxlayır. Bütün qurğular operativ yaddaşla sistem şini vasitəsilə əlaqəyə girir. Operativ yaddaş qurğusunun struktur sxemi aşağıdakı kimidir.
Əksər hallarda operativ yaddaş qurğusunun zədələnməsi nəticəsində sistemdə səhvlər meydana gəlir və həmçinin bu proses digər qurğuların da stabil işləməsinə maneə olur. Operativ yaddaş qurğusu əlavə moduldur və onu sistemə əlavə etmək və dəyişdirmək mümkündür. Əgər elektron qurğularda operativ yaddaş istifadə olunmasaydı onda bütün əməliyyatlar çox yavaş baş verərdi. O zaman hesablamalara da çox vaxt sərf olunardı. ... Ardını oxu |
IBM tipli komputerlərdə x86 mikroarxitekturasında istifadə edilən BİOS (Basic İnput Output System – Giriş çıxış baza sistemi) kodu EEPROM (elektrik proqramlaşdırılan daimi yaddaş qurğusu) mikrosxemində istifadə olunur.
BİOS-un iş prinsipi aşağıdakılardır:
İBM PC komputeri işə düşən kimi x86 mikrosxemini dəstəkləyən prosessor BİOS kodunu daimi yaddaş qurğusundan oxuyur, onu operativ yaddaş qurğusuna yazır və BİOS kodunu idarə etməyə ötürür. Sonra isə BİOS kodu aşağıdakı funksiyaları yerinə yetirir: ... Ardını oxu |