Cümə, 10.04.2026


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 565
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Azərbaycan dili 5 siniflər üçün test Variant-A


    Şagirdlər üçün təlimat
  1. Səhv yazılmış sözü göstərin:
    tövsiyyə
    kirpik
    nailiyyət
    açıq-yaşıl
    məşhur

  2. "Kitaba" sözü ismin hansı halındadır?
    adlıq
    yiyəlik
    yönlük
    yerlik
    çıxışlıq

  3. Hansı sözdə vurğu birinci hecaya düşür?
    təsadüfən
    qəflətən
    birdən
    yenidən
    yenicə

  4. Sifət başqa nitq hissələrindən nə ilə fərqlənir:
    ad bildirməsi ilə
    say bildirməsi ilə
    hərəkət bildirməsi ilə
    tərz bildirməsi ilə
    əlamət bildirməsi ilə

  5. Yalnız "nə?" sualına cavab verən isimlər hansı sıradadır?
    adam, kitab
    Bakı, Naxçıvan
    sevimli, dadlı
    baş, qələm
    Qəhrəman, Cavanşir

  6. Yalnız isimlərdən ibarət olan cərgəni göstərin:
    şirin, uzun, dadlı
    adam, meşə, dağ
    beş, səma, sən
    oxumaq, hərə, gedir
    kimsə, pişik, səhər

  7. «Çiçək» sözü hallanan zaman neçə halda {k} səsi {y} səsinə keçir?
    1
    2
    3
    4
    5

  8. Məcazi mənalı söz birləşməsi alınması üçün müvafiq olaraq hansı cavab düzgün verilib?
    a-qızıl ... b-zəif ... c-... almaq d- ... vermək e- ... göstərmək
    1. könlünü 2. həvəs 3. payız 4. cavab 5. söz

    a-3, b-4, c-1, d-5, e-2
    a-1, b-4, c-2, d-3, e-5
    a-5, b-3, c-2, d-4, e-1
    a-4, b-3, c-2, d-4, e-1
    a-1, b-4, c-2, d-3, e-5

  9. Sifəti saydan fərqləndirən əsas xüsusiyyət...
    təyin ola bilməsi
    əsas nitq hissəsi ola bilməsi
    əlamət bildirməsi
    isimləşə bilməsi
    suala cavab verməsi

  10. "Namərd" sözünün təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
    Sözdə iki kar, iki cingiltili samit var.
    Alınma sözdür.
    Sifətdir.
    Sözdə ahəng qanunu pozulmuşdur.
    Sözün deyilişi ilə yazılışı fərqlənir.

  11. Omonim sözlər sırasını göstərin:
    yol, bal, badam
    at, bel, bənd
    axır, naxır, paxır
    üz, baş, qıç
    ürək, palaz, balta

  12. "Əcəl bəla qalxanıdır" (İmam Əli) cümləsindəki sözlər haqqında deyilənlərdən biri düzdür:
    Cümlədəki bütün sözlər isimdir.
    "Bəla" adlıq haldadır.
    "Qalxanıdır" təsirlik haldadır.
    "Əcəl" düzəltmə isimdir.
    "Bəla" isimləşmiş sifətdir.

  13. Fellər hansı sıradadır?
    qaçaqaç, yazda
    məna, Sənan, Roma
    ruhlanmaq, maarifləndirmək
    adam, hərdənbir
    gəl-get, vurha-vur

  14. Biri məntiqi cəhətdən fərqlənir:
    zərf
    isim
    zərflik
    fel
    say

  15. Hansı nümunədə isim mənsubiyyətə görə dəyişmişdir?
    şagirdəm
    kitabdır
    evdədir
    fikrimdir
    vərəqdən

  16. Hansı nümunədə isim mənsubiyyətə görə dəyişmişdir?
    həkiməm
    taleyim
    məktəblisən
    kitabdır
    işdən

  17. Fikirlərdən hansı düzgündür:
    [y] səsinin kar qarşılığı yoxdur.
    "Heca" sözündə uzanan sait var.
    "Şairanə" sözündə bir sait uzanır.
    Sözdəki uzanma deyilişlə yazılış arasında fərq deyil.
    Feli birləşmənin əsas tərəfi isimlə ifadə olunur.

  18. Hansı sözlər eyniköklüdür?
    1. vurğu 2. vuruş 3. qovurma 4. vuran 5. vurma

    1,2,3
    1,2,4,5
    1,3,4
    2,3,4,5
    1,2,5

  19. Vurğusu birinci hecaya düşən çoxaltma dərəcəli sifət hansı cümlədədir?
    Balaca qız utandığından atasının arxasında gizləndi.
    Dünən məktəblilər Şəhidlər xiyabanına ziyarətə gedirdilər.
    Onun saçlarının rəngi zil qara, gözləri isə gömgöy idi.
    Sanki qarğalar ölmüş yoldaşlarına yas saxlayırdılar.
    Qırmızı-qırmızı almalar adama gəl-gəl deyirdi.

  20. Həm ümumişlək, həm termin olan sözlər cərgəsini göstərin:
    epitet, samit
    qrammatika
    say, sifət
    üslubiyyat, inversiya
    metafora, əvəzlik

    
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Aprel 2026  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2026