Cümə, 10.04.2026


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 565
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Azərbaycan dili 7 siniflər üçün test Variant-A


    Şagirdlər üçün təlimat
  1. "Namərd" sözünün təhlili ilə bağlı fikirlərdən biri səhvdir:
    Sözdə iki kar, iki cingiltili samit var.
    Alınma sözdür.
    Sifətdir.
    Sözdə ahəng qanunu pozulmuşdur.
    Sözün deyilişi ilə yazılışı fərqlənir.

  2. Şeir mənim üçün bir kainatdır,
    Onun ulduzları, günəşləri var.
    Şeir mənim üçün sirli həyatdır,
    Onun öz sevinci, öz kədəri var.
    (N.Xəzri) Şerin morfoloji təhlili ilə bağlı fikirlərdən hansı düzgündür?

    "Şeir" ismi xəbərdir.
    „Həyatdır" ismin adlıq halındadır.
    "Onun" qeyri-müəyyən əvəzlikdir.
    "Sirli" isimləşmiş sifətdir.
    "Üçün" bənzətmə mənalı qoşmadır.

  3. "Mənim xəyalımda keçmiş günlərin şirin xatirələri yaşayır" cümləsində mənsubiyyət şəkilçili neçə söz var?
    1
    3
    5
    4
    2

  4. Mənsubiyyət şəkilçili sözün iştirakı ilə düzəlmiş mürəkkəb sifət hansı cərgədədir?
    soyuqqanlı
    elmi-kütləvi
    məktəblərarası
    qaradinməz
    əyri-üyrü

  5. Qüvvətləndirici ədatın işləndiyi cümlə hansıdır?
    Sabah sən də gəl ha.
    Qoy həmişə günəş olsun.
    Sən ki bunu bilirsən.
    Bəs onlar niyə bunu aparmadılar?
    Məgər insanlar bir-birini öldürməkdən zövq alır?

  6. Hansı sırada sözlərin yazılışı düzgün deyil?
    səhf, tövsiyyə
    iyirmi, kosmonavt
    olimpiada, Füzuli
    qapqara, bəzən
    qəhrəman, xətt

  7. Ahəng qanununun Azərbaycan dilinin quruluşunda yeri:
    söz yaradıcılığı hadisəsidir;
    morfoloji qanundur;
    qrammatik qanundur;
    morfonoloji qanundur;
    sintaktik qanundur;

  8. Hansı sırada yalnız kar samitlər işlənmişdir?
    p,z,s,d
    s,t,l,m
    t,d,r,h
    j,c,y,k
    s,p,x,h

  9. Təyini əvəzliklərdən ibarət cərgəni göstərin:
    öz, hər
    mən, o
    hər, hərə
    öz, özüm
    bütün, hamı

  10. "Lovğa" sözünün sinonimi hansıdır?
    hirsli
    bacarıqlı
    təkəbbürlü
    əsəbi
    sakit

  11. Səhv yazılmış sözü göstərin.
    hətta
    doqquz
    mütəkkə
    aşbaz
    mübtəda

  12. Mənsubiyyətə görə dəyişmə baxımından biri fərqlənir.
    tale
    şüşə
    nalə
    meyvə
    macəra

  13. İsimləşmiş sayın xüsusiyyəti kimi göstərilənlərdən biri səhvdir.
    Hallana bilir
    Mənsubiyyət şəkilçisi qəbul edir
    Cəmlənə bilir
    Cümlədə təyin olur
    Mübtəda və tamamlıq rolunda çıxış edir

  14. "Xanpəri çiyinlərini çəkib, özünü elə göstərdi ki, guya qızların hara getdiyini bilmir" cümləsində neçə əvəzlik işlənib?
    1
    2
    4
    5
    3

  15. "Yelləncəklərimizdə" sözündə qrammatik şəkilçi var?
    1
    2
    4
    5
    3

  16. "Şərait” sözünün fonetik təhlilindəki səhvləri göstərin.
    1. Yazılışı ilə deyilişi fərqlənmir.
    2. Ahəng qanununa tabe deyil.
    3. Sözdə iki kar-[ş]və[t] və bir cingiltili samit-[r] işlənib.
    4. Vurğusu üçüncü hecaya düşür.
    5. Saitlərdən ikisi qapalı, biri isə açıqdır.
    6. Üçhecalı sözdür.

    1,2,3
    1,3,5
    2,5,6
    3,4,6
    1,4,5

  17. Baş alıb getdim ədalət arayım,
    Taparaq Allahı ondan sorayım, Ki, nədir bu?
    Niyə qəmdən yarayım?
    Dedilər kafir imişsən, demə, sən. (Ş.Sadiq)
    Yuxarıdakı şeir parçasında neçə əvəzlik var?

    5
    4
    3
    2
    1

  18. Mürəkkəb cümlə hansıdır?
    Məhbub xanım gülə-gülə anama nə isə deyir və zabitə baxırdı.
    Atam bağçadakı gülləri suladı və diblərini boşaltdı.
    Bilirdim ki, o, kişi adamdır.
    Havalar qızaraq qarları əritdi.
    Müəllim gülərək başı ilə Ramini bağışladığını bildirdi.

  19. Cümlənin morfoloji təhlilindəki cavablardan biri düzgün deyil: Xalamın qızı Lalə mənə: «Bəzən»,-deyirdi.
    "Xalamın" sözü ismin yiyəlik halındadır.
    "Bəzən" sözü əvəzlikdir.
    "Qızı" sözü mənsubiyyət şəkilçilidir.
    "Lalə" xüsusi isimdir.
    "Deyirdi" indiki zamının hekayətində olan feldir.

  20. Cahillər Məcnuna baxıb gülürdü,
    Aqillər gözündən yaş süzülürdü. (N.Gəncəvi)
    - cümləsi haqqındakı fikirlərdən biri səhvdir?

    Cahillər- isimləşmiş sifətdir.
    Məcnuna-yönlük halda olan isimdir.
    Aqillər-isimləşmiş sifətdir.
    Süzülürdü-məchul növdə olan feldir.
    Aqillərin gözündən-cümlənin tamamlığıdır.

    
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Aprel 2026  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2026