Cümə, 10.04.2026


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 565
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Azərbaycan dilindən 8 siniflər üçün test Varinat-A


    Şagirdlər üçün təlimat
  1. Mübtədası və xəbəri sayla ifadə olunmuş cümlə hansıdır?
    Dünənki ilıq hava bu gün yoxdur.
    Gecələr uzun, gündüzlər isə qısa idi.
    Birincilər həmişə birincidir
    Qocalar yaşlarına baxmayaraq, yüngül və cəld idilər.
    Beşincilər yarışda iştirak edəcəklər.

  2. Tərzi-hərəkət budaq cümləsini göstərin.
    Adil inana bilmirdi ki, onun əməyi hədər getmişdi.
    Nə qədər demişdin, bir o qədər gətirdim.
    Harada birlik var, orada dirilik var.
    Qar yağdı, ətraf işıqlandı.
    Elə çalış ki, çəkdiyin zəhmət itməsin.

  3. Birinci növ təyini söz birləşməsi işlənmiş cümlə hansıdır?
    Quru-quru vətən deməkdən bezdim artıq, sevgimizi əməldə göstərməliyik.
    Bizim xalqımız qonaqpərvərdir.
    Adət-ənənələrimiz müasirliyin ayaqları altında inildəyir.
    Mənim atam Qarabağ müharibəsində şəhid olub.
    Biz doğma torpaqlarımızı zalım düşməndən təmizləməliyik!

  4. Zərf düzəldən şəkilçi hansıdır?
    –ki4
    –madan 2
    –casına2
    –ın4
    –ıq4

  5. Vurğusu birinci hecaya düşən çoxaltma dərəcəli sifət hansı cümlədədir?
    Balaca qız utandığından atasının arxasında gizləndi.
    Dünən məktəblilər Şəhidlər xiyabanına ziyarətə gedirdilər.
    Onun saçlarının rəngi zil qara, gözləri isə gömgöy idi.
    Sanki qarğalar ölmüş yoldaşlarına yas saxlayırdılar.
    Qırmızı-qırmızı almalar adama gəl-gəl deyirdi.

  6. Verilmiş sözlərdən biri düzəltmə sifət deyil
    uçuq
    yırtıcı
    yaxşılıq
    əzik
    sulu

  7. Feli sifət şəkilçilərindən hansıları həm də felin zamanlarının şəkilçiləridir?
    –mış4, -acaq 2
    –an2, -ası2
    –malı2, -ası2
    –ağan2, an2
    –dı2, -ar2

  8. hündür-..., fikirləşmək-..., metod-... sözlərinin sinonimi verilən cərgəni seçin:
    uca, düşünmək, üsul
    alçaq, qayğılanmaq, üslub
    yekə, duymaq, istiqamət
    böyük, anlamaq, üslub
    yekə, qayğılanmaq, üslub

  9. Vurğusu dəyişməklə mənası dəyişən söz hansı sıradadır
    çəkmə
    əsir
    iynə
    kəsir
    balta

  10. Cümlələrin birində düzəltmə sifət işlənməmişdir.
    Yorğun adam səhv edə bilər.
    Kəskin söz qılıncdan itidir.
    Gecəyarı kəndə basqın oldu.
    Qürurlu adam söz götürməz.
    Çərkəzi paltar ona yaraşırdı.

  11. Antonim kimi seçilmiş cütlüklərdən biri səhvdir:
    yaxşı-pis
    dərin-dayaz
    müxtəsər-müfəssəl
    ağ-boz
    uzaq-yaxın

  12. Aşağıdakı sözlərdən hansının tərkibində qrammatik şəkilçi yoxdur?
    kitabdakılar
    namərddən
    yolçunun
    maraqlı
    nənəyə

  13. Quruluşca sadə sözlərdən ibarət cərgə hansıdır?
    güləş, gülüş, dəllək
    yarış, barış, çalış
    qaçan, qaçağan, yatardı
    əkinçi, vurma, bölmə
    yeriş, itirir, dedi

  14. Başqa nitq hissələrindən düzələn fellər hansı cərgədədir?
    sıxıl, düzül
    təmizlə, gerilə
    qızar, gülümsə
    görüşmək, umsunmaq
    səpələ, yazdırmaq

  15. Qoşasaitli sözlərdən birinin yazılışı ilə tələffüzü fərqlənmir:
    təəccüb
    maneə
    səadət
    mətbuat
    kooperativ

  16. Kök və şəkilçiyə düzgün ayrılmamış sözü seçin:
    mehriban-lıq
    qızar-tı
    qaz-ıntı
    oxu-cu-da-kı
    diri-l-mək

  17. Mürəkkəb sifətlərdən hansı mənsubiyyət şəkilçisinin köməyi ilə düzəlib?
    qaradinməz
    böyüklü-kiçikli
    əyri-üyrü
    sözübütöv
    uzunboy

  18. «Özünü tənqid edə bilmək insanın vicdanlı olduğunu sübut edir» cümləsinin sintaktik təhlili hansı sxemə uyğundur.
    _____ _ _ _ _ _ _ _ _ _ _ ====
    ==== ~~~~ ~~~~ _ _ _ _ _ _____
    _____ - - - - - ====
    ~~~~ _____ _ _ _ _ _ ====
    _____ ====

  19. Aşağıdakı köməkçi nitq hissəsələrindən hansıları əsas nitq hissəsi kimi də işlətmək mümkündür?
    1. artıq 2. elə 3. lap 4. xülasə 5. məhz

    1,2,3
    2,3,4
    1,4,5
    2,3,5
    1,2,4

  20. Əvəzlik hansı cümlədədir?
    Heç bilmədim ki, qapı açıqdır.
    Bizi götür, çəkməni yama.
    Necə kef çəkməli əyyam idi.
    Ana öz-özünə deyinməyə başladı.
    Kitabı niyə götürmədin?

    
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Aprel 2026  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2026