Birinci dərs. Baza selektorları
Css dili ancaq HTML dili ilə birlikdə işləyir ayrılıqda heç bir proseduru yerinə yetirmir. Proqramda klaslar düzəldib HTML sənədində sayta dizayn vermək üçün istifadə olunur. HTML dilinin özünün də sayta dizayn vermək üçün skritpləri var ancaq CSS-də yazılan klaslar bütün sənəd boyu istifadəçinin susmasına görə yerinə yetirilir. Adətən CSS dilini HTML dilini mükəmməl öyrənəndən sonra öyrənməyə başlayırlar. CSS proqramı .css fayl genişlənməsini dəstəkləyir.
Пуск-Программы-Стандартные-Блокнот (Start-Proqrams-Accessories-NotePad)
proqramına daxil olmaq lazımdır. Sonra həmin proqramı style.css kimi yadda
saxlayaq. HTML dilini CSS dilinə qoşmaq üçün html sənəddə <head> teqindən
sonra
<link href="style.css" type="text/css"
rel="stylesheet">
kodunu yazmaq lazımdır. HTML və CSS sənədlərinin hər ikisini bir qovluqda saxlamaq məsləhətdir.
p {color:cyan;} HTML sənədində olan bütün paraqrafları boz rəng edir. Burada rənglərin adını ingilis dilində və ya hər bir rəng üçün qəbul olunmuş xüsusi kodlarla göstərmək olar.
<h1 id="header"> başlıq </h1> kodunu HTML sənədində yazmaq lazımdır.
#header {color:red;} Kodunu isə CSS sənədində yazmaq lazımdır.
HTML sənəddə ancaq header yazılmış başlığa rəng vermək üçün yuxarıdakı proseduru yazmaq lazımdır. Prosedur ancaq h1 böyüklüyündə olan sözləri qırmızı rəng edəcək. Klass yaratmaqla siyahının lazım olan yerinə rəngin verilməsi üçün
.yeni { color:green;} stilini css proqramında yazmaq lazımdır.