1. Qanlı diş- bu balaca göbələk saqqıza oxşayır, və sanki göbələkdən qan süzülür. Göbələkdən çiyələk qoxusu gəlir amma bitki çox zəhərlidir. Göbələk insanlara 1812-ci ildən tanışdır. Cəlbedici xarici görünüçündən əlavə bu göbələk antibakterial xüsusiyyətlərə malikdir və tərkibindəki kimyəvi elementlərin hesabına insan qanını durulaşdıra bilir.

2. "Gəlincik gözü"- Bu qeyri-adi bitkiyə "gəlincik gözü” deyilir. Bir çox insanlar isə həmin bitkiyə qorxunc olduğuna görə "ağ araçöpləmə" də deyirlər.

3. Dəniz göbələyi-Dəniz göbələyi insanlar arasında "üfunətli səkkizayaqlı ilbiz buynuzu” adı ilə məşhurdur. Bu bitkinin həm qorxunc görünüşü, həm də üfunətli iyi var.

4. Şeytan caynağı-bu bitkinin üzərində tikanlar var. Tikanlar bitkini zəhərli hörümçəyə bənzədir. Bitkiyə əvvəllər ancaq Arizona ştatında rast gəlmək olardısa, hal-hazırda bitki artıq Şimali-Qərbi Amerikanın bütün düzənliklərində yabanı halda bitir.

5. Buddanın əli-Bitki Çin və Yaponiyada çox yayılıb. Bitki sitrus meyvələrinin ətrini və dadını verir. Ona görə də bu bitki həm görünüşünə görə, həm də dadına görə Uzaq Şərq mətbəxində geniş istifadə olunur.
6. Milçəktutan-bitki həşəratlarla, tırtılla (kəpənək qurdu ilə) və qurbağa ilə qidalanır. Bitkinin içində kiçik tükcüklər yerləşir. Bitkinin "yemi” həmin tükcüklərin üzərində hərəkət edərkən bitkinin daxili qəfəsinə siqnal ötürülür vəbu anda bitkinin ağzı bağlanır. Bir neçə müddətdən sonra bitkinin daxili hissəsindən maye buraxılır və yem yavaş-yavaş əriməyə başlayır. "Yemin” həzm olunma prosesi təxminən 1 həftəyə qədər davam edir.

7. Sidr meyvəsinə bənzər alma göbələyi-meyvənin əmələgəlməsi çox maraqlıdır. Belə ki, göbələk infeksiyaları alma və sidr meyvələrini tanınmaz hala salır. Göbələyin kiçik sporları meyvənin daxilində kürə formasında inkişaf edir. Kürənin diametri 3,5sm-dən-5 sm-ə qədər olur. Kürə lay-lay inkişaf edərək onda çox çirkin bığcıqlar əmələ gəlir.
8. Rafleziya-parazit bitkilər aləminə aid olub, dünyanın ən böyük güllərindən hesab olunur. Gülün diametri 1 metrdən artıq, çəkisi isə 11 kq-dır. Rafleziya İndoneziyanın və Filippinin tropik meşələrində yabanı halda bitir. Bitkinin qeyri-adiliyi ondadır ki, onun kökləri və gövdəsi yoxdur. Bitkinin əsas hissəsində beş ləçəkli nəhəng çiçək yerləşir. Bitkinin çiçəyinin iyiniə gğrə onu adi milçək tozlandırır. Bitki ilk dəfə 1818-ci ildə Tomas Stenfor tərəfindən Sumatra adasında tapılmışdı. Bitkinin parazit olmasının əsas səbəbi onun lianalar dolanması və yaşamaq üçün lazım olan tələbatını köklərini, gövdəsini, fotosintezə tələbatını, qidalanmasını lianaların gövdəsindən alır.

9. Runo gülü- Runo gülünün bəhəri qorxunc formaya malikdir. Bəhər torpağın altında böyüyür və çinlilər tərəfindən "kortof insanlar” adlanır.
10. Parkupin tomatı-Madaqaskar adasında yabanı hada bitir. Bitkinin üstü narıncı tikanlarla örtülüdür. Bitkinin çox gözəl bənövşəyi çiçəkləri olur. Amma bitkinin yaxınlığına gəldikdə o, tikanlarını qabardır. Tikanlar çox zəhərlidir. Bitki ən bərk şaxtalarda, həmçinin uzunsürən quraqlıq havalarda belə məhv olmur.
