Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 2
Qonaqlar 2
İstifadəçi 0
Giriş forması
Ədəbiyyat 6 sinif üçün testlər Variant-A


    Şagirdlər üçün təlimat
  1. "Koroğlu" dastanı hansı tarixi hadisələrlə səsləşir?
    məzdəkilərlə
    cəlalilərlə
    kəndli üsyanı ilə
    xürrəmilərlə
    babilərlə

  2. "Koroğlu" dastanında iştirak etməyənlər:
    Dəmirçioğlu, Bəlli Əhməd
    Dəli Həsən, Eyvaz
    Yeynək, Dəli Domrul
    Aşıq Cünun, Keçəl Həmzə
    Ərəb Reyhan, Alı kişi

  3. Lirik növün şifahi xalq ədəbiyyatındakı janrları:
    1- layla; 2- ağı; 3- vəsfi-hal; 4- lətifə; 5- əfsanə; 6- oxşama; 7- mahnı

    1,2,4
    3,4,5
    5,6,7
    1,2,3,6,7
    1,2,3,4,7

  4. Şer şifahi xalq ədəbiyyatının hansı janrındadır?
    "Qızıl öküzüm, yeri,
    Qoyma şum qala geri,
    İti tərpən, maralım,
    Düşmənlər baxır bəri."

    əmək nəğmələri
    mərasim nəğmələri
    bayatı
    mahnı
    sayaçı sözlər

  5. "Nənəm, a narış qoyun,
    Yunu bir qarış qoyun
    Çoban səndən küsübdür,
    Südü ver, barış qoyun."
    Şeir şifahi xalq ədəbiyyatının hansı janrındadır?

    holavar
    mərasim nəğməsi
    layla
    sayaçı söz
    ağı

  6. Nağıllar mövzularına görə bir neçə yerə bölünürlər:
    1. sehrli 2. sentimental 3. heyvanlar haqqında 4. əfsanəvi 5. tarixi 6. ailə-məişət

    2,3,4,6
    1,3,5,6
    2,3,4,5
    1,2,3,4
    1,3,4,6

  7. Biri məsəldir:
    "Bu günün işini sabaha qoyma"
    "Sən çaldın"
    "İşləməyən dişləməz"
    "Qalan işə qar yağar"
    "Könüldən könülə yollar görünür"

  8. "... Bıldır-bıldır gözünün yaşı rəvan oldu... Güz alması kibi al yanağın dartdı, yırtdı. Qarğa kibi qara saçını yoldu. "Oğul! Oğul!"- deyibən zarlıq qıldı, ağladı".
    Bu sözlər “Dədə- Qorqud” eposunda kimin dilindən söylənmişdir?

    Selcan xatunun
    Qazan xanın
    Burla xatunun
    Beyrəyin anasının
    Dəli Domrulun anasının

  9. "Dədə Qorqud" dastanında müqəddəs sayılır:
    ağac
    su
    qopuz
    qurd
    at

  10. Biri nağıl nümunəsidir:
    "Dədəgünəş"
    "Beşbarmaq dağı"
    "Ağ atlı oğlan"
    "Oğuz"
    "Bayat"

    
Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  İyun 2025  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025