Dünyanın 7 möhtəşəm tikililəri
"Dünyanın 7 möhtəşəm tikililəri” yarışması 7 iyul 2007-ci ildə Portuqalıyanın paytaxtı Lissabonda keçirilmişdir. Seçimlərdə bütün dünyadan 90 milyon insan iştirak etmişdir və ilk yeddilik aşağıdakı kimi formalaşmışdır
1) Böyük Çin səddi – uzunluğu 8854,8 km olub, Çin ərazisində yerləşir.

2) Kolizey – qədim amfiteatr olub, Romada (İtaliya) yerləşir.

3) Maçu-Piçki (tərcüməsi-"qədim dağ”) – Amerikanın köhnə kəndi Peru ərazisində yerləşir. Bu ərazini "buludlar şəhəri” də adlandırırlar.

4) Petra şəhəri – şəhər indiki İordaniya ərazisində yerləşir.

5) Tac-Mahal – məscid məqbərə Aqra şəhərində (Hindistan) yerləşir.

6) İsa peyğəmbərin abidəsi – Korkova təpəsində Rio de Janeyro (Braziliya) şəhərində yerləşir.

7) Meksikadakı Çiçen-İça piramidaları – piramidalar Yutakan yarımadasında yerləşir.
