Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 3
Qonaqlar 3
İstifadəçi 0
Giriş forması

Dünyanın fantastik ağacları

Baobab – vətəni Madaqaskar sayılsa da Afrika və Avstraliyanın meşələrində geniş yayılıb. Baobab ağacı hələ qədim Roma dövründən insanlara tanışdır. Möhtəşəm baobab (mənası meymunların çörəyi deməkdir) ağacının hündürlüyü 30 m, eni isə 11m-ə qədər olur. İlin əksər günlərində ağac yarpaqsız olur. Baobab ağacının gövdəsi çox qalın olduğundan orada su yığılır. Baobab ağacının gövdəsi 120 min litr suyu özündə saxlaya bilir. Ona görə də ağac uzun müddətli quraqlığa dözə bilir. Bəzi baobab ağaclarının gövdəsi o qədər böük olur ki, orada insanlar sərbəst yaşaya bilir. Ən gözəl formalı baobablardan biri “Adansoniya Qrandidye” ağacıdır. Bu ağac Madaqaskarda Morandava ərazisində geniş yayılıb. Bir çox baobablar şüşə, çaynik və kəllə formasında olur.

Əjdaha ağacı – bu ağac Tenerife şəhərində Kanar adasındadır. Ekspertlərin təxmini rəyinə görə bu ağacın 650-1500 yaşı var. Ancaq bu məlumat da tam doğru sayıla bilməz. Çünki bu ağacın bir gövdəsi yoxdur. Ağac bir-birilə sıx yerləşmiş kiçik ağaclardan ibarətdir. Bu ağaclar sıx şəkildə birləşib ağacın ümumi gövdəsini əmələ gətirir.

Həyat ağacı- dünyanın nəhəng ağaclarından biridir. Bu ağac Bəhreynin ən hündür zirvəsində tamamilə susuz səhrada bitir. Mütəxəssislər belə hesab edirlər ki, ağacın kökləri 10 metrlərlə dərinə işləyib torpağın su qatına çatır. Ağacın təxmini yaşı 400 hesab edilir.

Banyan (Maxabodxi ağacı) – banyan ağacının adı hələ o vaxtlar bu ağacın kölgəsində oturub ticarət işi ilə məşğul olan hindlilərin adından götürülüb. Bu ağacın ən məşhur növlərindən biri olan “müqəddəs fikus” və ya “Bo ağacı” Şri-Lanka ərazisində bitir.

Vollemiya-Avsrtaliyada bitən bu ağac dünyanın ən nəhəng ağaclarından biridir. Bu ağac hələ 200 milyon il bundan əvvəl insanlara tanış idi. 1994-cü ildə alimlər canlı vollemiya ağacını tapanda çox heyrətləndilər və ağacın tapıldığı yer alimlər tərəfindən uzun müddət gizli saxlanıldı. Çünki bu nadir ağacın sayı 100-dən az idi. Bu ağacı qorumaq üçün 2006-cı ildə ağaçın kiçik hissələrindən çıxarılıb kütləvi şəkildə becərilməyə başlanıldı. Bu aksiya nəticəsində hal hazırda əksər botanik bağlarda vollemiya ağacına rast gəlmək olar. 

 

Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  İyun 2025  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025