Çərşənbə axşamı, 07.04.2026


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 565
Statistika

Onlayn olanlar 1
Qonaqlar 1
İstifadəçi 0
Giriş forması
Birinci dərs.  HTML dilinin strukturu

HTML (Hyper Text Markup Language) dilində əksər web səhifələr hazırlanır. HTML dili brauzer tərəfindən interpretasiya olunur və istifadəçi üçün rahat formada ekranda təsvir olunur. HTMl dili xüsusi teqlərə yazılır və onların nəticəsinə brauzer proqramlarında baxmaq olur. Yazılan kodlar teqlərlə başlayır və / işarəsi ilə teqlərlə qurtarır. Elə teqlər də var ki, onlar bağlanmır. Bütün teqlər <> işarəsi daxilində yazılır.Teq hansı sözlə başlayırsa  qurtaranda da həmin sözün qarşısında / işarəsi qoyularaq bağlanır. Html sənədini hazırlamaq üçün  Пуск-Программы-Стандартные-Блокнот (Start-Proqrams-Accessories-NotePad)  proqramına daxil olmaq lazımdır.

HTML dilinin strukturu aşağıdakı kimidir.

  • <html> proqram bu kodla başlanır.
  • <head> proqramın başlığı bu kodla başlanır
  • <title> sənədin adının başlanğıc kodu
  • </title> sənədin adının bağlanma kodu
  • </head> proqramın başlığı bu kodla qurtarır.
  • <body> ..... </body> sənədin gövdəsidir. Əsas prosedurlar bu teqlər arasında yazılır.
  • </html> proqram bu kodla qurtarır.

Блокнот (NotePad) proqramında aşağıdakı kimi səhifə düzəldək.
  • <html>
  • <head>
  • <title> Mənim ilk səhifəm </title>
  • </head>
  • <body>Səhifəni belə yatamaq lazımdır</body>
  • </html>


Latın hərflərindən istifadə edildikdə <meta http-equiv="content-type" content="text/html; charset=UTF-8"> xüsusi metateqdən istifadə olunur və bu metateq <html> teqindən sonra yazılır.

Sənəddə Coxранить (Save) düyməsini basdıqdan sonra sənədə ad verib fayl geislənməsini .html vermək lazımdır. Mütləq Кодировка bölməsində UTF-8 sözünü göstərmək lazımdır.Məsələn bizim sənədin adı index.html olacaq. Sonra həmin sənədə vurduqda sənəd brauzer proqramlarının (Google Chrome, Mozilla Firefox, Opera, İnternet Explorer) hər hansı birində açılacaq.






Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  Aprel 2026  »
BeÇaÇCaCŞB
  12345
6789101112
13141516171819
20212223242526
27282930
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2026