Şənbə, 14.06.2025


Əsas menyu
Videodərslər
Facebook səhifəsi
Saytın facebook səhifəsini bəyənin
Saat
Saytımızın sualı
Saytımızı qiymətləndirin
Bütün cavablar: 558
Statistika

Onlayn olanlar 2
Qonaqlar 2
İstifadəçi 0
Giriş forması

Dördüncü dərs.  Şriftlər və xüsusi işarələr

Şrift: Mətnin redaktəsində <font> teqi aparıcı rola malikdir. Bu teq şriftin ölçüsünü (size), rəngini (color) və formasını (size) təyin edir. Bu teq <font> ilə başlanır və </font> teqi ilə qurtarır. Font face - hissəsində əsasən Tahoma, Arial, Verdana şriftlərdən istifadə edilir. 

Kodun strukturu belədir:    <font face=”verdana”  size=”5” color=”red”> mətn </font>   

HTML dilində aşağıdakı şrift növlərindən geniş istifadə edilir.

1. <strong> yağlı şrift </strong>

2. <em> sağa meyllənmiş </em>

3. <U> altından xətt çəkilmiş </U>

4. <strike> üstündən xətt çəkilmiş </strike>

5. <sup> yuxarı indeks </sup>

6. <sub> aşağı indeks </sub>

7. <big> böyük şrift </big>

8. <small> kiçik şrift </small>

9. <pre>yazılan hərfləri kodda olduğu kimi ekrana çıxarır</pre>

Xüsusi işarələrin HTML kodları:

<  (&lt) Bu teqləri yazarkən &lt yerinə &LT yazmaq olmaz.

>  (&gt)

& (&amp)

“  (&quot)  

© (&copy)

®  (&reg)

Sadə xəttin qoyulması: Xəttin qoyulması üçün <hr> teqindən istifadə edilir və teq bağlanmır. Bu teqin daxilində aşağıdakı prosedurlardan istifadə olunur.

<hr width=”450px” (və ya width=”50%” də göstərmək olar) color=”green” align=”center”>

Width-xəttin ölçüsünü göstərir.

Abzasın qoyulması: Abzas qoymaq üçün &emsp prosedurundan istifadə olunur. Bu atribut yanaşı nə qədər çox təkrarlanarsa boşluq (abzas) da bir o qədər böyük olar.

Mətnin bölünməsi: Mətni bölmək üçün <div> </div> teqindən istifadə olunur. Təklikdə bu teq heç bir funksiya yerinə yetirmir. Amma onun daxilində atributlardan istifadə olunur. <div align=”right”>Mətn</div> Bu o dəməkdir ki, hər bir yeni paraqrafda yazılan mətnlər </div> teqi qoyulana qədər sağa doğru tarazlanır.

 

Onlayn imtahanlar
Məntiq bölməsi
Təqvim
«  İyun 2025  »
BeÇaÇCaCŞB
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30
Axtarış
Arxiv
Bütün hüquqlar qorunur © 2025