Dünyanın möhtəşəm adaları
Amberqris, Belis
Karib dənizinin sahilindəki Amberqris adaları çimərliyindəki ağ qumu, sıx palma ağacları, qeyri adi fauna və florası ilə elə ilk baxışdan insanı valeh edir.
Con adaları, ABŞ
Bu adalar qrupu da Karib dənizi hövzəsinə aiddir. Burada aktiv ekoturizm və adanın ətrafında salınmış milli park mövcuddur.
Bora-bora, Fransa
Kiçik Bora-Bora adaları turistlərin ən çox səyahət etdikləri yerlərdən biridir. Burada turistlər üçün vəhşi köpək balıqlarını yemləmək və nəhəng dəniz tısbağaları ilə üzləşmək imkanı var.
Santorini , Yunanıstan
Santorini adasında vulkanik çimərliklər, tarixi abidələrə gəzinti, mədəni və əyləncəli proqramlar (sərgilər, gecə klubları) fəaliyyət göstərir.
Mudceres, Meksika
Mudceres adası klassik çimərlik məzuniyyətinə çıxmaq istəyənlər üçün əla məkandır. Burada müxtəlif rəngli balıqlara və delfinlərə tamaşa etmək, surfinqlə məşğul olmaq mümkündür.
Murea, Fransa
Murea adasının min illər bundan əvvəl sönmüş vulkanı və dünyada ən böyük rif ekosistemi mövcuddur. Adanın əsrarəngiz dəniz faunası görənləri heyrətə gətirir.
Ko-Tao, Tailand
Ko Tao adası Siam körfəzində yerləşir və adanın mənası “nəhəng dəniz tısbağası” deməkdir. İlin təxminən 300 günü ada günəşli olur.